Page 248 - Islamic Studies 04
P. 248

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (247


               əzablarının  azalmasını  istəsinlər.  Amma  bunun  heç  bir  xeyri
               yoxdur1.


               Bu  vaxt  cəhənnəm  əhli  bir-birini  ittiham  edir  və  hər  kəs
               başqasını  onun  azğınlığının  səbəbi  kimi  tanıtdırır.  Allahdan
               istəyir ki, onu azdıranın əzabını çoxaltsın. Allah-taala onların
               cavabında  buyurur:  “Sizin  günahınız  onlardan  az  deyil.  İndi

               hamının əzabı heçə bərabərdir.”2




               Qurani-Kərim qiyamətdə xoşbəxtlərin və bədbəxtlərin bir-biri
               ilə danışma səhnəsini canlandırır:


               Cənnət əhli ilahi nemətlərdən bəhrələndiyini və özlərinin gözəl
               aqibətlərini  və  Allahın  onlar  haqdakı  vədəsinin  reallaşdığını
               görəndən  sonra,  öz  düşmənlərindən  onların  vəziyyətlərini

               soruşurlar  ki,  bu  yolla  onları  xəbərdar  etsinlər  ki,  cəhənnəm
               əhli dünyada Allahın vədələrinə və əzablarına etinasız olublar
               və  hər  şeyi  istehza  ediblər.  İndi,  gərək,  özləri  hazırladıqları

               əzabı dadsınlar3.

               Bəli, möminlər dünyada onları xeyirli işlərə çağırdıqda, onları

               istehza  edirdilər  və  gülürdülər.  Bu  günsə  möminlərin  onlara
               güldüyü  və  istehza  etdiyi  gündür4.  Bu  gün  cəhənnəmdəkilər
               zillət, qəm və peşimançılıqla cənnət əhlinə tərəf əl uzadar və


                                                                            Mömin 49-52. 1
                                                                                 Əraf 38. 2
                                                                                 Əraf 44. 3
                                                                       Mütəffifin 29 və 34. 4
   243   244   245   246   247   248   249   250   251   252   253