Page 252 - Islamic Studies 04
P. 252

İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (251


               necə etik dəyərlərin bünövrəsi yıxılıb dağılır və insani şərafət
               məhv  olur.  elə  bu  üzdən  də  yaşayış  məcrasında  insanların
               xoşbəxtliyi və  nəhayət, kamillikləri  ilə  nəticələnən  yolu  seçə

               bilmələri  üçün  ölümdən  sonrakı  dünya  və  məad  məsələsinə
               inam onların həyatında qaçılmaz olmalıdır. Çünki, o dünyanın
               olub-olmamasına  inam  bizim  bu  dünyadakı  rəftar  və

               əməllərimizdə bir başa təsirə malikdir.

               Digər təbirlə desək bizim Məada inamımız olmasa, şübhəsiz,
               bizim  yaşayış  boyunca  və  daxili  istəklərin  çəkişmə

               məqamındakı  seçimimiz,  qiyaməti  tanıyaraq  etdiyimiz
               seçimlərdən qat-qat fərqli olacaq.


               Biz elə bir varlığıq ki, mümkündür, hər an və hər bir məxsus
               zamanda  onlarca  istək  bizdə  olsun  və  həqiqət  isə  bundan
               ibarətdir  ki,  onların  hamısına  bir-birinin  kənarında  cavab
               vermək mümkün deyil. Və hökmən onlar arasından bir və ya

               bir  neçə  dənəsini  seçmək  hüququna  malikik.  Elə  bu  yerdə
               “məada inam” öz rolunu ifa edir və bu seçimin necəliyində öz

               layiqli təsirini göstərir.

               Məad insan və onun fərdi həyatındakı aşkar təzahürdən əlavə,
               cəmiyyətə də öz təsirini göstərir və insanların bir-biri ilə olan

               rəftarını nəzarət altına alaraq tənzimləyir. Həqiqətdə, məad və
               axirətdəki mükafat və əzaba inanan bir kəs çox az halda özünə
               icazə  verir  ki,  digərlərinin  ictimai  haqlarını  tapdalasın  və  ya

               hansısa  bir  şəxsə  qarşı  zülm  etsin,  yaxud  öz  yaşayışı
               çərçivəsində etnik dəyərlər və insani keyfiyyətlərə əhəmiyyət
   247   248   249   250   251   252   253   254   255   256   257