Page 251 - Islamic Studies 04
P. 251

250) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Bu iki səmavi dinin ölümdən sonrakı həyat və məad məsələsi

               ətrafındakı  bütün  göstərişlərinə  və  təkidlərinə  baxmayaraq,
               yenə  bu  mövzu  o  cür  deyil  ki, hamı  bu  tezliklə  və  asanlıqla
               onu qəbul etsin. Xüsusən də, dayaz və maddi baxışlara malik

               olanlar  və  adətən,  bütün  həqiqətləri  öz  məhdud  duyğuları
               dairəsində axtaranlar heç vaxt məad prinsipinin qəbul edilməsi
               yükü altına girmirlər.


               Bugünkü  dövrdə  bir  çox  hadisələrlə  üzləşirik  ki,  insanlar
               yaşayışın  məşəqqət və çətinliyindən azad olmaq üçün dünya

               zəncirlərindən və bədbəxtçiliklərindən xilas olmaq baxımından
               intihar və ölümə əl atırlar. Onlar güman edirlər ki, ölümlə hər
               şey sona çataraq yox olur. Ona görə də, özlərini yox etməyə

               cəhd edirlər.

               Digər tərəfdən, görürük ki, indiki dövrdə camaatın əksəriyyəti,
               xüsusən  də,  küfr  yayılmış  məntəqələrdə  materialist  fikirlərlə

               yaşayanlar həyatı yalnız naz-nemət içində yaşamaq və nəfsani
               istəkləri doyuzdurmaqda görürlər və bu yolda bütün azadlıqları
               və  etik  şərafətləri  ayaqlayır  və  cəmiyyətin  digər  fərdlərinin

               heysiyyət və haqlarına əhəmiyyətsiz yanaşırlar.

               Bütün  bu  sərhəddi  aşmalar  və  ədalətsizliklər  bu  təfəkkürdən
               qaynaqlanır ki, hər nə varsa, elə bu dünya həyatındandır. Bu

               üzdən,  insan  bacardığı  qədər  dünya  şadlıqlarından  və
               ləzzətlərindən  istifadə  etməlidir  və  öz  nəfsani  istəklərini

               doyuzdurmalıdır.

               Yaşadığımız dünyada görürük ki, sırf maddi və səthi baxışlara
               malik  olmaqla  və  əbədi  axirət  dünyasını  qəbul  etməməklə,
   246   247   248   249   250   251   252   253   254   255   256