Page 253 - Islamic Studies 04
P. 253

252) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               verməyərək  üstündən  keçsin.  Bunun  müqabilində  məada

               inanmayan  və  hərəkəti  istiqamətində  əbədi  və  kamil  yoxluq,
               həmçinin,  ölümdən  başqa,  heç  bir  maneə  görməyən  insan
               aydındır ki, öz istəklərini və şəhvətlərini təmin etmək üçün heç

               vaxt bir sərhəd tanımır və prinsipcə bu məhdudiyyət üçün heç
               bir  dəlil-sübutla  kifayətlənmir.  Elə  bu  üzdən,  təkcə  öz
               istəklərini  təmin  etmək  fikirindədir.  Baxmayaraq  ki,  bu  iş

               digərlərinin  məhvi  və  haqlarının  tapdalanması  ilə  nəticələnə
               bilər.  Belə  bir  cəmiyyətdə  “fiziki  güc”  amilindən  başqa,  heç
               bir  digər  amil  insanların  təcavüzünün  qarşısını  ala  bilməz.

               Aydındır ki,daxilində məad və ölümdən sonrakı həyata inam
               olmayan  bir  cəmiyyətdə  güc  sahibləri  də,  nəinki,  təkcə  öz
               hakimiyyət  və  güclərindən  digər  insanların  ədalətsizlik  və

               təcavüzkarlığının qarşısını almaq üçün istifadə etmirlər, bəlkə,
               özləri  də  insanlara  qarşı  hədlərini  aşaraq  onların  haqlarını
               tapdalayır,     özbaşınalıq      və     ədalətsizliyi     cəmiyyətdə

               genişləndirirlər.  Belə  cəmiyyətlərin  nümunəsini  indi  hal-
               hazırkı  dünyada  açıq-aydın  müşahidə  edir  və  görürük  ki,  bir
               çox yerlərdə o dünyaya inamın olmaması hansı müsibətləri və
               evlər yıxan bəlaları dünya xalqları üçün yaradıb. Bunun  əksi

               olaraq insan bilsə ki, bu dünyada etdiklərinin savab və cəzasını
               kamil olaraq o dünyada alacaq, onda, sözsüz ki, öz hərəkət və
               işlərinə  daha  çox  diqqət  edəcək  və  daxili  istəklərini  təmin

               etməkdəki  sərhəd və məhdudiyyətlərə də riayət edəcəkdir.

               Nəticə


               Təbii olaraq bizim mövzumuz burada bizə bu icazəni vermir
               ki, axirətə inamın insanın fərdi həyatındakı təsirləri ilə yanaşı,
   248   249   250   251   252   253   254   255   256   257   258