Page 286 - Islamic Studies 04
P. 286
Şəhidlik, azadlığa aparan yol/ (285
Şəhid və ibrət dərsi
Şəhidlər bu addımları ilə nəinki insanlara azadlıq bəxş edirlər,
hətta cəmiyyəttin qəlbində haqsızlığa nifrət, ölümdən
qorxmamaq, sona qədər mübarizə etməyi cəmiyyətə dərs
keçirlər. Şəhidlərin bu addıminda dirilər üçün böyük bir ibrət
dərsi vardır. Qəlblərində mübarizə hissi olmayan millətdə,
mübarizə hissini oyadan, şəhidlərdir. Ona görədə hər bir ölkə
və hər bir millət həmişə şəhidlərə ehtiyaclı və borcludur.
Şəhid, gecə vaxtı səhrada su axtarışında olan şəxsə bənzər.
Susuz insan su quyusunu taparsa, necə sevinər? Sevincinin
həddi – hüdudu olmaz. Ölkəsini azdlığa çıxarmaq fikri ilə
hərəkətdə olan bu insanları heç kim saxlaya bilməz. Şəhid
olmaq arzusu bunların qanında axırsa, kim bunları
fikirlərindən döndərə bilər?
Hər bir millətin anım günü var. Azərbaycan xalqında 20
yanvar, 26 fevral, 31 mart və s... xalqımızın anım günüdür.
Hindistan xalqının anım günü isə, 31 yanvardır. Həmin gün
1946 – cı ildə Mahatma Qandi və 32 nəfər tərəfdarı ilə
xalqının azadlığı uğrunda dünyalarını dəyişdilər. Mahatma
Qandidən soruşdular ki, İngilislərin bu qədər silahı olduğu
təqdirdə, sənin heç bir silahın olmadan, bu xalqı neçə illik
müstəmləkədən necə azad etdin? Dedi: “Müsəlmanların İmam
Hüseyn (ə) adlı liderlərinə baxdım. Gördüm ki, o insan dinini
öz və yaxınlarının canından keçməsi ilə qoruyub saxladı.
Anladım ki, azadlğa aparan yol, şəhidlikdir” .