Page 285 - Islamic Studies 04
P. 285

284) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               məntiqi  vardır.  Şəhidin  məntiqini  adi  insanın  məntiqi  ilə
               ölçmək  mümkün  deyil.  Şəhidi  adi  insanın  yerinə  qoymaq
               olmaz.  Onun  məntiqi  yüksəkdir.  Eşqlə  dolu  olan  məntiq
               ölçülməz  həddədir.  Əgər  iki  məntiqi  yanyana  qoyub  ölçsək,
               birinin  məntiqi  öz  cəmiyyəti  üçün  ürək  ağrıdan,  şəhidin
               məntiqi  isə  ilahi  eşqlə  dolu  olduğu  üçün  nəinki  öz
               cəmiyyətinə,  hətta  dünyaya  əks  səda  salan  bir  nitq  olacaq.

               Kərbəla  hadisəsində  İmam  Hüseyn  (ə)  oğlu  Həzrəti
               Əliəkbərdən ölümü necə görürsən deyə soruşduqda, belə cavab
               verir:  “  Baldan  da  şirin”.  Onların  danışığı  mənfəətli  və
               siyasidir.  Onların  nitqi,  işıq  verici  və  yandırıcıdır.  Onların
               məntiqi bir cəmiyyəti cəhalət yuxusundan oyatmaq üçündür.

               Bəli, Şəhid  elə kəlmədir ki, onu əvəz edən münasib bir kəlmə
               yoxdur.



               Şəhidin qanı


               Şəhid  nə  edir?  Şəhid  nəinki  düşmən  qarşısında  dayanır,  ona
               zərbə endirir, zərbə alır. Əgər tək bu olsaydı, düşməndən aldığı
               zərbə  nəticəsində  itirdiyi  qan  hədər  olardı.  Xeyr,  heç  vaxt
               şəhidin  qanı  hədər  olmur.  Şəhidin  qanı  torpağa  tökülmür.
               Şəhidin  qanı  yüzlərcə,  minlərcə  damla  hətta  qanlardan  təşkil
               tapmış dəryaya çevrilir. Həzrəti Muhəmməd (s) buyurmuşdur:
               “Allah  yanında    haqq  üstündə  axıdılan  qandan  üstün  qan
               yoxdur  ”.  Şəhadət,  qanın  simvoludur.  Bu  şəhidlərdirlər  ki,
               bütün bədən və damarlarında olan qanları ilə azadlığa susamış
               milləti, sanki  qanları  ilə  sirab  edirlər. Zülmün  və haqsızlığın
               tüğyan  etdiyi  bir  zamanda,  azadlıq  çürümüş  ağaca  bənzər.
               Şəhidlər,  öz  qanları  ilə  o  ağaca  su  verərək  onu  dirildib,
               cəmiyyətin ixtiyarına verirlər.
   280   281   282   283   284   285   286   287   288   289   290