Page 287 - Islamic Studies 04
P. 287
286) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Şəhidlik nağılı
Bir tacir həmişə olduğu kimi yenə səfərə çıxır. Qəfəsdə
saxladığı tutuquşudan soruşur: Geri qayıdarkən sənin üçün nə
gətirim? Tutuquşu deyir: Heç bir şey istəmirəm. İstəyim budur
ki, orada mənim tutuquşu doslarımı görsən, salamımı çatdır.
Tacir alverini bitirdikdən sonra, tutuquşularla dolu olan bir
məkandan keçərkən, onlara evində qəfəsdə saxladığı
tutuquşunun salamını çatdırır. Bunu deyən vaxt, bütün
tutuquşular hamısı ölür. Öz – özünə düşünür. Axı mən nə
etdim ki, bunlar öldülər... Kor – peşiman geri qayıdır.
Vəziyyəti qəfəsdəki tutuquşuna danışır. Elə bunu eşidən
tutuquşu, o da ölür. Tacir, ölü quşu qəfəsdən çıxarıb atır. Çox
keçməmiş tutuquşunu ağacın budağı üzərində görüb, deyir:
Sən axı ölmüşdün... Sən indi azadsan. Səni tutmaq mənə
çətindir. Amma oradakı quşların və öz vəziyyətini mənə başa
sal. Tutuquşu deyir, oradakı qardaşlarım ölməyiblər. Sadəcə
mənə azadlığın yolunu başa saldılar. Məndə anladım ki,
azadlıq ölümdən keçir. Ölməsən, azad ola bilməzsən.
Şəhidin əbədiliyi
Alim öz elmi ilə cəmiyyətə xidmət edir. Əslində o, öz
fərdiliyindən xaric olub, cəmiyyətə bitişib, cəmiyyətin bir üzvü
olur. Fərdi şəxsiyyəti elm məcrasından cəmiyyətin şəxsiyyəti
ilə bir olur. Necə ki damla, dətya ilə qovuşub, onunla bir olur.
Alim öz şəxsiyyətindən bir hissə yəni fikr və düşüncəsini bu
birləşmə ilə əbədiləşdir. İxtiraçı şəxsdə, kəşf etmək
baxımından cəmiyyətə bitişir. O, özünü və sənətini öz
cəmiyyətində əbədiləşdirir. Müəllim və şair də həmçinin. Biri
də şəhiddir. Öz qanının yolu ilə özünü cəmiyyətdə
əbədiləşdirir. Yəni əbədi və unudulmaz qan cəmiyyətdə əmələ