Page 289 - Islamic Studies 04
P. 289
288) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
halda, millətinin yolunda canını verən şəhidə necə
ağlamayasan? Hətta Peyğəmbərimiz belə oğlu İbrahim öləndə
ağlamışdı. Şəhidə ağlamaq, onun vida mərasimində iştirak
etmək, onun bu addımına razı olmağı və şücaətinə müsbət
yanaşmağı bildirir. Şəhidə ağlamaq, İslamdan bizə yetişib.
İslam bizə şəhidə ağlamağı vəzissət edib. Məsihilər İsa
peyğəmbəri ölü bilərək, həmin gün gülüb, sevinərlər. Şəhidin
bu yolu seçməsi, insanlarda vətənpərvərlik hissini oyadır.
Millət, bununla fəxr edir qürur duyur və diğər millətin yanında
başı dik və alniaçıq olur. Milləti dünyada tanıdan o şəhiddir.
İnsan şəhidə öldüyü üçün deyil, faciəli halda və haqqsızlıqla
öldürüldüyünə görə ağlayar.
Mani adında Peyğəmbərlik iddiasında olan şəxs deyərdi ki,
intihar düz seçimdir. Ölüyə şadlanmaq gərəkdir. Cünki ölüm
yox olmaq deməkdir. Düz fikir deyil. Çünki insan ölmür.
İnsan dünyasını dəyişir. Əgəg ölüm son olsa və o biri dünya
olmasa, torpaq işğal edən, əsir götürən, körpəyə, qocaya,
qadına rəhm etməyən, onlara şikəncə verən, Qarabağı
mənimsəyən şəxslərdən necə və harada intiqam alınmalıdır?
Həm bu dünyada və həm o dünyada. İnsan şəhidə ağlamaqla,
ona qarşı olan məhəbbətini daha artırır. Onu unutmur. Onu
qətlə yetirənlərə qarşı qəlbində qəzəb yaranır. Bu, eşqlə
ağlamağdır. Amma gülmək, əksinə insanın unutqan olmasına
səbəb olar.
Şəhid və biz
Şəhidin cəmiyyətlə iki əlaqəsi vardır. Biri, əgər sağ qalsaydı
ondan cəmiyyət bəhrələnərdilər. Amma bu fürsət əldən çıxıb.
Biri də, haqsızlığa təməl qoyanlarladır ki, onların əleyhinə
vuruşub və onların əli ilə şəhid olub. Şəhidin özü olmasada,