Page 290 - Islamic Studies 04
P. 290
Şəhidlik, azadlığa aparan yol/ (289
onun cəmiyyətdə qoyduqu izlər var. O izlərdən biri də ona
baxıb vətənpərvərlik dərsini alan, yeni şəhidlərin meydana
çıxmasıdır. Cəmiyyətin boynunda bir neçə vəzifə vardır. Biri
budur ki, yenidən bu haqsızlığın, işğalın yaranmasına şərait
yaratmasınlar. İkincisi budur ki, şəhidlər haqqında, onların
keçdikləri şanlı yol haqqında cəmiyyətə məlumat verilsin.
İnsanlar şəhidlərin adlarını uca tutmalıdırlar.
Şəhidin türbəti
Həzrəti Muhəmməd (s) qızı Fatimeye Zəhra (ə) – a təsbeh zik
etməyi öyrətmişdi. (Allahu Əkbər 34, Əlhəmdulillah 33,
Subhənəllah 33 dəfə) O da, İslamın ikinci müharibəsi olan
Ühüd müharibəsində şəhid olmuş Peyğəmbərin əmizi
Həmzənin qəbri üstə gedib, o şəhidin qəbrinin torpağından özü
üçün təsbeh düzəltdi. Bu nə deməkdir? Yəni şəhidin qəbri,
torpağı ehtiramlıdır. İnsan şəhid qəbri üstə olanda, dua zikr
etmək üçün təsbehə ehtiyacı olur. Fərqi yoxdur təsbehin dənəsi
taxtadan, daşdan ya torpaqdan olsun. Amma biz bunu şəhidin
torpağından götürürük. Bu da bir növ şəhadət və şəhidlik
məktəbinə hörmətdir. Onların qəbri bizim üçün tarixi
yaddaşımızdır. Tarixini unudan millət, artıq millət deyil.
Ziyarət məkanımız, ibrət dərsi alan yerimiz, ruhumuzun
təskinlik tapdığı və rahatlandığı bir yerdir. Həmçinin düşmənə
ölkəmizin insanlarını sübut etməyimiz üçün, möhkəm və
tutarlı bir dəlildir.
Şəhid və Kərbəla