Page 292 - Islamic Studies 04
P. 292

Şəhidlik, azadlığa aparan yol/ (291


               dönümünə,  anım  mərasiminə  hazırlıq.  Buda  o  şəhidə  xalq
               tərəfindən qoyulan hörmət və əzəmətini saxlamaq üçün atılan
               bir addımdır. Baxmayaraq ki, bu hələdə şəhid haqqını ödəmək
               sayılmır.  Şəhidin  haqqı  o  vaxt  ödənilir  ki,  onun  qanı  yerdə
               qoyulmasın. Yəni yolunu davam etdirmək, yarımçıq qalan işini
               sona  çatdırmaq  və  s...  .  O  gecə  onlar  öz  rəşadətlərini
               göstərdilər.  Şəhidlər  bütün  qoşun  içərisində  nur  kimi
               parıldayırdılar. Onları o parıltıya görə seçmək, çox asan idi. O
               gecə hər biri təkliyə    çəkilib, Allahla danışıb bir – bir döyüşə
               atılırdılar.  Görəsən  şəhid  son  gecəsində  nə  deyir  nə  istəyir?
               Təbii ki ora qədər gələn bir insan, ondan sonra oradan saq  -
               salamat  çıxması  barədə  Allahdan  bir  şey  istəməz.  Allahla
               dərdləşəndə o qədər özlərini zəif göstərərlər, sanki bunlardan
               zəifi yoxdur. Amma döyüşdə tam fərqli olurlar. Sanki bir az
               öncə zəif  görünən onlar deyildirlər. Onlar bu gücü Allahdan
               necə aldılar?  Bura qədər gəlib çıxmaq hamıya nəsib olmadığı
               bir  halda,  bunlar  bunu  necə  bacardılar?  Qaçmadılar,  əsir
               düşdülər  amma  sirr  vermədən  can  tapşırdılar.  Axı  niyə
               qorxmadılar?  Bu  insanlar  tankın  qarşısına  qorxmadan  nə  cür
               çıxırlar?  Hamısına  bir  cavab  var.  Düzgün  əqidələri,  təmiz
               niyyətləri  və  yalnız  Allahdan  qorxuları  ilə.  Çünki  Allahdan
               qorxmayan,  hər  şeydən  qorxar.  Allahdan  qorxan,  heç  nədən
               qorxmaz.



               Şəhid və Allah


               O  gecənin  şəhid  pıçıltısı:  ”Allah,  bütün  gözəllik  və  və
               böyüklük  sənə  aiddir.  Allah,  sən  dostlarına  qarşı  mehriban,
               düşmənə qarşı isə qəzəblisən. Allah, dostlarının duasını qəbul
               edənsən.  Allah,  əgər  dostluquna  layiqəmsə,  mənə  şəhidiyi
   287   288   289   290   291   292   293   294   295   296   297