Page 293 - Islamic Studies 04
P. 293

292) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               nəsib  elə.  Allah,  bura  qədər  gəlib  cıxdım  sənə  şükr  olsun.
               Allah,  mənə  bu  gözəl  anı  fürsət  veridiyin  üçün,  sənə  şükr
               olsun.  Allah,  hamıdan  qabaq  şəhid  olmağı  mənə  nəsib  elə.
               Allah,  əgər  haqq  olaraq  qələbə  çalsaq,  bu  sevinci  cənnətdə
               qeyd  etməyimi  mənə  qismət  elə.  Allah,  əgər  məğlub  olsaq,
               şəhidliyim üçün sevinərəm. Çünki biz məğlub olsaqda, əslində
               qalibik. Allah, mənim ölməyimlə ölkəm düşmən təhlükəsindən

               amanda  qalacaqsa,  buna  şükr  edirəm.  Allah,  bu  xeyirli  işdə
               hamımıza kömək ol”.



               Şəhid və son an

               Şəhidlərin biri – biri ilə son danışıqları da diqqətdən yayınmır.
               Deyərlər: Bu düşmən yalnız mənim torpağımı deyil, məni də
               istəyir.  Mənim  olmağım  onlara  mane  olur.  Məndən  təslim
               olmağı istəyirlər ki, məndə təslim olmaram. Məni tikə - tikə
               etsələrdə,  yenə  fikrimdən  dönməyəcəm.  Onlar  əgər  məni
               təslim etsələr, ölkəmizi böyük  fəlakət gözləyir. Onların dözə
               bilmədiyi  bir  şey  var.  Bizimlə  vuruşmasalar,  hücuma
               keçməyimizdən         qorxurlar.     Bizi    öldürsələr     bir    şey
               qazanacaqlar. Onların qazandığı yalnız dünyada hər hansı bir
               mal  olacaq.  Amma  biz  ölsək  belə,  iki  şey  qazanacağıq.  Biri
               dünya,  biri də  o biri dünya. Dünyada hamı bizi rəhmətlə yad
               edəcək, o biri aləmdə də cənnətdə o biri şəhid qardaşlarımızla
               bir olacağıq. Biz, ölkəmizin müdafiəsi yolunda vuruşduğumuz
               üçün, yolumuz haqqdır. Yolumuz haqq olduğu üçün, bu yolda
               məglubiyyət  yoxdur.  Cisim  baxımından  ölə  bilərik,  amma
               əslində  ölü  deyilik.  Çünki  şəhidlər  ölməzlər.  Bizim  qurmaq

               istədiyimiz  dövlət  bizim  ölümümüzlə  qurulursa,  deməli  biz
               qalib  gəlmişik.  Dünya  bizə  təəccüb  edəcək.  Deyəcəklər,  axı
               necə  olur  bunlar  öldürlər,  amma  yaşatmaq  istədikləri  dövlət
   288   289   290   291   292   293   294   295   296   297   298