Page 53 - Islamic Studies 04
P. 53
52) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
verməyəcəyini qeyd etmişdir. Müəllif elmin təbiət və
cəmiyyətin inkişaf qanunlarını üzə çıxardığını, insanı
maarifləndirdiyini və onun mənəvi görüş dairəsini
genişlətdiyini yazır. Elmlə yanaşı dini ideologiyanın da
insanlara müsbət biliklər verdiyini, din vasitəsilə cəhalət və
nadanlığın aradan götürüləcəyini və nəhayət, elmsiz insanın
əşyadan da dəyərsiz bir varlıq olduğunu vurğulayan müəllif
1
insanlara elm öyrənməyin zərurətini anlatmışdır.
Əllamə Məclisinin “Biharül-ənvar” əsərində riyaziyyat
elmlərinə aid bəzi problemlər də öz əksini tapmaqdadır. O, bu
elmin Allah tərəfindən insanlara bir nemət olaraq verildiyini
qeyd etmiş və İmam Əlinin (ə): “Hesab Allah tərəfindən
insanlara verilmiş bir nemətdir” hədisini rəvayət etmişdir.
Əllamə Məclisi astronomiya və riyaziyyat elmlərində
mükəmməl məlumatlara malik olmuş bir alim idi. O, adı
2
çəkilən əsərinin müxtəlif cildlərində məsələ ilə əlaqəli
problemləri işıqlandırmışdı.
Şübhəsiz ki, Əllamə Məclisi öz dövründə olan
təbiətşünaslıq elmləri nöqteyi nəzərindən çıxış edərək bəzi
nəzəriyyələr irəli sürmüşdür. Onun astronomiya və riyaziyyat
elmləri sahəsindəki fikirləri alimin o dövrdə məlum olan və bu
sahələrdə yazılan əsərləri dərindən mütaliə etməsindən və bu
sahədə mükəmməl bilik sahibi olmasından xəbər verir. O,
“Biharül-ənvar” əsərində astronomik məlumatları izah
etmişdir. Müəllif Qurani-Kərimdə keçən “səma” və “ərz”
Həmin mənbə, c. I, səh. 150 1
Həmin mənbə, c. 83, səh. 137 - 144; c. 61, səh. 270; c. 70, səh. 139; c. 8 2, səh. 260 2