Page 63 - Islamic Studies 04
P. 63

62) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               istəsəydi,  bir  göz  qırpımında  da  bunları  yaradardı.  Lakin  o,

               bununla insanlara ibrət verir ki, öz işlərində tədrici olsunlar.

                     Əllamə  Məclisi  ayədə  keçən  “altı  gün”  ifadəsini

               Fəxrəddin  Razinin  “Məfatihül-qeyb”  əsərində  “əs-Səcdə”
               surəsinə  verdiyi  təfsirə  istinadən  yazırdı:  “Allah  taala
               peyğəmbərlikdən bəhs etdikdə, peyğəmbərin tövhidə çağırma

               və  dəlil  gətirmə  barəsində  üzərinə  düşən  vəzifələri  də  bəyan
               etmək  üçün  “Allah  göyləri  və  yeri  yaradandır”  –  deyə
               buyurmuşdur.  Ayədəki  “alt  gündə”  kəlməsinin  düşünən

               kəslərə görə, altı vəziyyətə işarə olduğunu daha əvvəl (“Əraf”
               surəsində  də)  söyləmişdik.  Bu  belədir.  Çünki  “göylər”,
               “yerlər”  və  “bunların  arasında”  ifadələri  üç  ayrı  şeydir.

               Bunların hər biri üçün şəxs və sifətlərdən söz gedir. O halda
               Allahın göyləri yaratması bir hal, onun əlamətlərini yaratması
               başqa  bir  haldır.  Yenə  yeri  yaratması  bir  hal,  əlamətlərini
               yaratması başqa bir haldır. Həmçinin Allahın bunların arasında

               olan  şeyləri  yaratması  bir  hal,  onların  əlamətlərini  yaratması
               başqa bir haldır. Beləcə, bu üç şey, altı hal üzrə olan altı şey
               olmuş  olur.  Allah  burada  “gün”  sözündən  istifadə  etmişdir.

               Çünki  insan  Allahın  yaratmasına  baxıb  onu  düşündüyündə
               bunu  bir  hərəkət  olaraq  görür.  Hərəkətin  zərfi  isə  zamandır.
               Günlər də zamanların ən məşhurudur. Əgər ayənin mənası belə

               qəbul  edilməzsə  onun  mənası  da  aydın  olmayacaqdır.  Çünki
               göylər  yaradılmamışdan  əvvəl  gecə  və  gündüz  deyə  bir  şey
               yox  idi.  Bu  eynilə  birinin  bir  başqasına  “Sənin  doğulduğun

               gün mübarək bir gün idi” deməsinə bənzəyir. O kimsənin gecə
               doğulması  da  mümkündür.  Onun  gecə  doğulması  bu  sözlə
   58   59   60   61   62   63   64   65   66   67   68