Page 66 - Islamic Studies 04
P. 66

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(65


                     -Bəli.İmam (ə) dedi:

                     -Sütunlar var, lakin siz olnları görmürsüz”.


                     İmamın (ə) cavabından  məlum olur ki, “gözə görünməz
               sutun”  dedikdə,  məhz  cazibə  güvvəsi  nəzərdə  tutulmuşdur.
               Çünki bu qanunu o vaxtki avam cammata açıq şəkildə bəyan

               etmək  mümkün  deyildir.  Qurani-Kərim  isə  bu  qanunu  sadə
               yolla insanlara çatdırmışdır.


                     Əllamə  Məclisi  “Biharül-ənvar”  əsərində  (c.  56,  23-cü
               fəsil)  mələklər  haqqında  geniş  bəhs  etmişdir.  O,  mələklərin
               təsnifatı  haqqında  yazırdı:  “Mələklər  aşağıdakı  qruplara

               bölünürlər:

                     1.Kəribiyyun və ya aliyyun dəstəsinə aid mələklər.


                     Bu  dəstəyə  aid  olan  mələklər  Haqqın  substansiyasına
               vurğun  olar,  Onun  cəlal  və  camal  sifətlərinin  seyrinə  qərq
               olarlar.  Onlar  nə  özlərinə,  nədə  başqalarına  diqqət  yetirməz,

               yalnız  Allahı  anarlar.  İmam  Cəfər  Sadiq  (ə)  bu  mələklər
               haqqında  belə  buyurur:  “Kəribiyyun  dəstəsinə  aid  mələklər
               Allahın  yaratdığı  ilkin  varlıqlardandır.  Onlar  ərşin  arxasında

               yerləşərlər.  Bu  mələklərdən  bircəsinin  işığı  yer  üzərindəki
               varlıq aləmi arasında paylanarsa, onların hamısına bəs edər”.


                     İmam Sadiq (ə) sonra belə davam edir:
   61   62   63   64   65   66   67   68   69   70   71