Page 62 - Islamic Studies 04
P. 62

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(61


               qrammatikası  nöqteyi-nəzərindən  izah  edərək  onun  qadın
                                                     1
               cinsində olduğunu qeyd etmişdir.

                     Müəllifin  burada  qeyd  etdiyi  maraqlı  məqamlardan  biri
               budur ki, o qədim astronomiyada məşhur olan göyün doqquz
               təbəqədən ibarət olması fərziyyəsini də mənasız saymışdır. O,
               ayədə qeyd olunmuş “yeddi qat göy” ifadəsini dəlil gətirərək,

               qədim  astronomların  bu  barədəki  fikirlərini  əsassız
               adlandırmışdır.  Həmçinin  o,  bu  fərziyyələrin  Bətlyəmusa
               (Ptolomeyə)  aid  olduğunu  da  vurğulamışdır.   Əlbəttə  ki,
                                                                      2
               müəllif  bu  fərziyyələri  puç  adlandırmaqda  bir  neçə  dəlil  də
               irəli sürmüşdür.


                     Yuxarıda qeyd edilmiş ayələrdə yerlərin və göylərin altı
               gündə  xəlq  edildiyini  görürük.  Burada  keçən  “gün”  kəlməsi
               haqqında təfsir və hədis kitablarında müxtəlif fərqli görüşlərin
               və hədislərin olmasına baxmayaraq, Əllamə Məclisi qətiyyətlə

               bu fikrin üzərində dayanır ki, burada məqsəd dünya vaxtı ilə
               ölçülən  zaman  ölçüsüdür.  O,  İbn  Abbasın  ayəyə  verdiyi

               təfsirlərin  birində  “altı  gün  axirət  vaxtı  ilədir  və  hər  bir  gün
               axirət ölçüsü ilə min ilə bərabərdir” sözünün əsassız olduğunu,
               bu  hədisin  ayənin  zahiri  mənası  ilə  də  uyğun  gəlmədiyini
                                3
               vurğulamışdır.   Onun  yerlərin  və  göylərin  altı  gündə  xəlq
               edilməsinə  olan  münasibətindən  biri  də  budur  ki,  Allah




                                                                         Həmin mənbə, səh. 5 1
                                                                         Həmin m ənbə, səh. 6 2
                                                                         Həmin mənbə, səh. 7 3
   57   58   59   60   61   62   63   64   65   66   67