Page 60 - Islamic Studies 04
P. 60

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(59


                                                                                1
               və  hədisi-şəriflər  çərçivəsində  məlumatlar  vermişdir.   O,
               mövzunun elmi təhlilini verməmişdən qabaq bu haqda ayələri,
               daha sonra isə hədisi-şərifləri qeyd etmişdir. Bundan sonra isə

               ayə və hədislərdə keçən bəzi sözləri lüğətşünaslıq baxımından
               izah  etmiş  və  daha  sonra  isə  mövzunun  elmi  təhlilinə
               başlamışdır.  Əlbbətə,  burada  xüsusi  şəkildə  qeyd  etmək

               lazımdır ki, artıq Əllamə Məclisinin vəfatından 300 ildən artıq
               vaxt ötmüşdür. Son üç yüz il ərzində təbiətşünaslıq elmlərdə
               olan  inkişaflar  hər  bir  kəsə  bəllidir.  Buna  görə  də  Əllamə
               Məclisinin  adı  çəkilən  əsərindəki  bəzi  elmi  görüşlər  öz

               əhəmiyyətini  itirmiş  olur.  Lakin  buna  baxmayaraq  onun
               dövrünə  qədər  olan  bəzi  elmi  məlumatlarla  da  tanış  olmağın

               xüsusi əhəmiyyəti ola bilər.

                     Qeyd olunduğu kimi, müəllifimiz adı çəkilən əsərinin 54-
               cü  cildindən  63-cü  cildinə  kimi  olan  məlumatları,  daha

               doğrusu topladığı ayə və hədisləri sırf təbiətşünaslıq elmlərinə
               həsr etmişdir. O,  əsərin 54-cü cildində I fəsilə “Aləmin xəlq
               edilməsi”  adını  vermiş  və  buraya  ilk  olaraq  Qurani-Kərimin

               “əl-Bəqərə”  ayə  29,  “əl-Ənam”  ayə  1,  “əl-Əraf”  ayə  4,
               “Yunus”  ayə  3,  “Hud”  ayə  7,  “əl-Fürqan”  ayə  59  və  digər
               surələrin müvafiq ayələrini toplamışdır. Ayələri qeyd etdikdən

               sonra o, bu ayələrə qısa təfsir vermiş və təfsirində daha çox bu
               ayələrin  insanlara  Allahın  qüdrətinin  xatırlandığını,  hər  bir
               varlığın yalnız və yalnız onun qüdrəti sayəsində yaradıldığını
               önə  çəkmişdir.  Həmçinin  müəllif  qeyd  olunmuş  ayələrə


                                                                  Həmin mənbə, c. 54, səh. 2  5 -  1
   55   56   57   58   59   60   61   62   63   64   65