Page 58 - Islamic Studies 04
P. 58

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(57


               atəşinə  tutmuşdur.  O,  Allahın  varlığının  isbatı,  ağılın
               mahiyyəti,  ruhun  ölməzliyi,  peyğəmbərlik  missiyasının
               hikməti, vəhyin mahiyyəti, əxlaqın tərifi qəbir haqq-hesabı və

               s.  bu  kimi  problemlərin  çözülməsində  hədislərə  söykənən
               mühüm fəlsəfi fikirlər söyləmişdir. Həmçinin o, yuxarıda izah
               etdiyimiz  “Dəhrilər”,  “Təbiətçilər”  və  bu  kimi  İslam

               dünyasında  ortalığa  çıxmış  materialist  fikirlərə  tutarlı  fəlsəfi
               cavablar vermişdir. O, adı çəkilən əsərinin müxtəlif yerlərində
                                                     1
               “Dəhrilərə”  və  “Təbiətçilərə”,   Allahın  birliyini  inkar
                         2
                                                        3
               edənlərə,  Qəza və Qədər haqqında,  Cəbr və Təfviz (fatalizm
               və özbaşnalıq)  və digər İslam fəlsəfəsinə aid olan problemləri
                                4
               çözmüşdür.  O,  fəlsəfi  dünyagörüşündə  İbn  Sinanın  yolunu
               izləyənlərdəndir.  Əllamə  Məclisinin  İbn  Sina  fəlsəfəsinin

               təsirində qalmasının başlıca səbəbi isə onun ustadı Molla Feyz
               Kaşaninin,  onun  da  ustadı  Molla  Sədranın  ona  təsir  etməsi
               olmuşdur.


                     Əllamə  Məclisi  “Biharül-ənvar”ın  müqəddiməsində
               kiçikliyindən bəri elmə büyük bir maraq duyduğunu, uzun iş

               və  araşdırmalardan  sonra  doğru  məlumatın  Allahın kitabında
               və  Onun  vəhyinin  açıqlayıcıları  olan  Peyğəmbərin  (s)  və
               imamların  (ə)  xəbərlərində  olduğu  nəticəsinə  çatdığını,

               yaşadığı  dövrdəki  bir  çox  kimsənin  əksinə  bütün  səylərini
               həqiqətlərin  təməli  olan  bu  xəbərlərin  araşdırılmasına


                                                                   Həmin mənbə, c. 6, səh. 331 1
                                                                   Həmin mənbə, c. 2, sə h. 230 2
                                                                   Həmin mənbə, c. 11, səh. 89 3
                                                                    Həmin mənbə, c. 5, səh. 82 4
   53   54   55   56   57   58   59   60   61   62   63