Page 61 - Islamic Studies 04
P. 61

60) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               verdiyi  təfsirində  insanların  dünyaya  çox  meyl  etməməsi,

               dünya  ləzzətləri  müqabilində  axirət  dünyalarını  puç
               etməmələrini  vurğulamışdır.  Müəllifin  ilkin  olaraq  bu
               qənaətlərə gəlməsi qeyd olunmuş ayələrin məntiqi mənaları ilə

               də  üst-üstə  düşməkdədir.  Çünki  Uca  Rəbbimizin  bu  ayələri
               endirməsində  əsas  məqsədlərindən  biri  yuxarıda  da  qeyd
               etdiyimiz  kimi,  insanları  düşünməyə  vadar  etməsidir,  yoxsa

               Qurani-Kərim bir təbiətşünaslıq kitabı deyildir.

                     Əllamə Məclisi adı çəkilən əsərində Allah tərəfindən ilk

               öncə  nəyin  yaradılması  üzərində  dayanmış  və  bu  haqda
               müxtəlif  hədisləri  qeyd  etmişdir.  O,  Cəlaləddin  Süyutinin
               (öl.1505) “əd-Dürrul-mənsur” əsərinə (c. VI, səh. 13) istinadən

               Allah  tərəfindən  ilk  yaradılan  məxluqun  qələm  olduğunu
               bildirmişdir. İbn Abbasdan gələn həmin hədisdə deyilir:

                  وه ام بتكي نأ هرمأف ،ملقلا ئش نم الله قلخ ام لوأ نإ :لاق سابع نبا نعو

                      .    )ميكح يلعل انيدل باتك لا ما يف هنإو( أرق هدنع باتكلاو ةمايقلا موي ىلإ نئاك

                     “Allahın ilk yaratdığı şey qələmdir. Çünki onun vasitəsilə

                                                        1
               qiyamətədək olacaqları yazmışdır.”.
                     Müəllif kainatın yaradılması haqqında danışarkən, ayədə

               keçən “səma” sözünü lüğətşünaslıq baxımından təhlil etmiş və
               bunun  üçün  görkəmli  ərəb  leksikoqrafı  Rağib  əl-İsfahaninin
               “Müfrədati  əlfazil-Quran”  əsərinə  istnadən  yazmışdır:  “Səma
               sözü  “sümuvv”  kökündən  alınmış  və  lüğətdə  “ucaldılmış”

               mənasını  ifadə  edir.  Daha  sonra  isə  o,  bu  sözü  ərəb



                                                                  Həmin mənbə, c. 54, səh. 372 1
   56   57   58   59   60   61   62   63   64   65   66