Page 67 - Islamic Studies 04
P. 67
66) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
“Musa (ə) öz istədiyini Allahdan xahiş etdikdə, Allah bu
mələklərdən birinə əmr etdi ki, təcəlli etsin. Həmin mələk Tur
dağına təcəlli etdi və dağ parçalandı”.
Bu hədis Quran ayəsində Musanın (ə) Tur dağında Allaha
1
müraciətini və təcəlli məqamını izah edir”.
Bu dərəcədə olan mələklər qeyd etdiyimiz kimi, Allahdan
başqa heç bir varlıq haqqında düşünməz və hətta Allahın
Adəmi (ə) və kainatı yaratdığını belə bilməzlər. Bunu Əllamə
Məclisi belə nəql edir: “Aliyyin dəstəsindən olan mələklər
Allahdan savayı başqa şeylərə diqqət yetirməzlər. Onlar
Adəmə (ə) səcdə etməyə göndərilməmişlər. Onlar Allahın
2
Adəmi (ə) və dünyanı yaratdığını da bilmirlər”.
2.İbadət edən mələklər.
3.İşgüzar mələklər.
Biz Qurani-Kərimdən şeytanın və bilavasitə cinlərin
atəşdən, insanın da torpaqdan yaradıldığını öyrənirik. Amma
mələklərin nədən yaradıldıqlarını dəqiq öyrənə bilmirik.
Onların nurdan yaradıldıqları ancaq hədislərdə və bəzi təfsir
kitablarında qeyd edilmişdir. Bu haqda Əllamə Məclisi İmam
Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql edir: “ قلخ لجوزع الله نإ
رون نم ةكئلاملا – Allah mələkləri nurdan yaratmışdır”.
3
Əllamə Məclisi, Biharül - ənvar, c. 56, səh. 184 1
Həmin mənbə 2
Həmin mənbə, c. 56, səh. 191 3