Page 70 - Islamic Studies 04
P. 70
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(69
surətlərində görünə biləcəklərini də əsərində qeyd etmişdir.
Buna misal olaraq Cəbrayılın (ə) Peyğəmbərimizə (s) Dihyə
əl-Kəlbinin surətində göründüyünü, İbrahim (ə) və Lut (ə)
peyğəmbərin mələklərdən ibarət qonaqlarını dəlil olaraq
1
göstərmişdir. Bundan başqa qəbirdə möminlərdən Bəşir və
Mübəşşir, kafir və günahkarlardan isə Nəkir və Münkir adlı iki
mələyin insandan sorğu-sual edəcəklərini və bu zaman onların
2
insana görünəcəklərini də qeyd etmişdir.
Mələklərlə bağlı məlumatlardan biri də onların Allahın
əmrlərinə tam itaətkar olmaları, heç vaxt günaha, Allaha qarşı
üsyana qalxmayacaqlarıdır. Həmçinin mələklərin bir-birlərini
əvəz etdikləri, gecə və gündüz mələklərinin olduğunu, növbə
ilə insanların əməllərinə nəzarət etdikləri də əsərdə
vurğulanmışdır.
3
Müəllif qoruyucu (mühafizə) mələklərinin olduğunu,
onların insanların həm əməllərini, həm də onların özlərini
cinlərdən və digər məxluqlardan qoruduqlarını da hədislərə
əsasən əsərində qeyd etmişdir. O, Kəbə istinadən yazırdı:
“Əgər mühafizə mələkləri olmasaydı, cinlər sizin yemək-
içməklərinizə ... sahib olardılar”.
4
Mövzu ilə əlaqəli diqqəti çəkən məsələlərdən biri də
insanların sağ və sol çiyinlərində mələklərin oturması,
Həmin mənbə, c. 56, səh. 149 1
Həmin mənbə, c. 56, səh. 212 2
Həmin mənbə, c. 56, səh. 150 - 151 3
Həmin mənbə, c. 56, səh. 151 4