Page 71 - Islamic Studies 04
P. 71
70) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
insanların gün ərzində etdikləri savab və ya günahların onlar
tərəfindən yazılmasıdır. Bu haqda müəllif Fəxrədin Raziyə
istinadən yazırdı:
“Peyğəmbərə (s) deyildi:
-Bizə bəndəyə neçə mələyin təyin olunması haqqında
xəbər ver. Peyğəmbər (s) buyurdu:
-Sağ çiynində olan mələk savab işləri yazır. Bir savab
etsən, o, on savab yazacaq. Günah iş görsən, sol tərəfində
əyləşən mələyə deyər: “hələ yazma, ola bilsin ki, tövbə
1
edəcək” deyər..”.
Müəllif mələklərin oddan yaradıldığını İmam Cəfər
Sadiqdən (ə) nəql olunmuş hədisə əsasən qeyd edib. Həmin
hədisdə deyilir: “Allah mələkləri oddan (nurdan) xəlq
2
etmişdir”.
Daha sonra o, mələklərin yeyib-içməmələri və
evlənməmələri haqqında aşağıdakı hədisi nəql etməkdədir.
Hədisdə deyilir: “İmam Cəfər Sadiqdən (ə) soruşuldu:
-Mələklər necə yeyib-içir və evlənirlər? İmam (ə)
buyurdu:
-Xeyr! Onları Ərşin nəsim (küləyi) ilə yaşayırlar. Dedilər:
-Onların yuxusu haqqında nə deyə bilərsiniz? İmam (ə)
buyurdu:
Həmin mənbə, c. 56, səh. 151 - 152 1
Həmin mənb ə, c. 56, səh. 191 2