Page 69 - Islamic Studies 04
P. 69

68) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                                                1
               olduğunu  da  qeyd  etmişdir.   O,  bir  şəxsin  İmam  Əlidən  (ə)
               “Allahın  yer  üzündə  Adəmdən  (ə)  qabaq  ona  ibadət  edəcək
               varlıqlar  yaratmışdırmı?”  sualına,  İmamın  (ə)  belə  cavab
               verdiyini yazır: “Bəli. Yer üzünü yaratmamışdan əvvəl göyləri

               yaratmış,  sonra  mələkləri  yaratmışdır.  Mələklər  qanadlı
               məxluqlardır.       Onlar      göyün      müxtəlif      təbəqələrində
               məskunlaşmışlar  və  gecə-gündüz  Allahı  zikr  etməklə

               məşğuldurlar.  Onların  içindən  İsrafili,  Mikayılı  və  Cəbrayılı
               seçmişdir. Allah bundan sonra yeri yaratmışdır. Orada cinləri
               xəlq  etmiş  və  onlara  da  qanadlar  vermişdir.  Amma  onlar

               mələklərin  yaradıldığı  maddədən  yaradılmamışlar.  Allah
               cinləri yerin müxtəlif təbəqələrində məskunlaşdırmışdır. Onlar
               da orada Allaha zikrlər deməklə məşğuldurlar. Bundan sonra

               isə bunlara bənzəməyən, bədənləri, ruhları, qanadsız və yeyib-
               içən  cinlər  yaratmışdır..  Sonra  bunların  bəziləri  Allahın
               əmrindən  çıxmış,  bir-birlərinin  qanlarını  tökmüş  və  fəsad

                               2
               yaratmışlar..”.
                     Müəllif “Mələklərin həqiqəti, onların əlamətləri və işləri”
               haqqında  xüsusi  fəsildə  mövzu  ilə  əlaqəli  bütün  problemləri

               incələməyə çalışmışdır. İlk öncə mələklər haqqında olan “əl-
               Bəqərə”, 30-34, 97-98, 234, “Ali-İmran” 18, 39, 42, 45, “əl-
               Ənam”,  61,  93,  98,  158,  “ər-Rəd”,  11,  13  və  digər  bütün

               ayələri bir araya toplayan müəllif, daha sonra onları öz adəti
               üzrə  təhlil  etmişdir.  O,  mələklərin  adi  insanlar  tərəfindən
               görünməsinin qeyri-mümkün olduğunu, lakin Allahın izni ilə

               onların  istədikləri  zaman  insan  şəklində  və  ya  öz  həqiqi

                                                                  Həmin mənbə, c. 54, səh. 319 1
                                                                  Həmin mənbə, c. 54, 322 - 323 2
   64   65   66   67   68   69   70   71   72   73   74