Page 73 - Islamic Studies 04
P. 73

72) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               xatırlatmaq istəyirik ki, ayədə nəzərdə tutulmuş “od” ifadəsi

               adi bizim başa düşdüyümü od mənasında deyil. Burada söhbət
               xüsusi oddadn gedir ki, onun da mahiyyətini yalnız Allah taala
                     1
               bilir.

                     Cinlərin  insanlarla  olan  münasibətlərinə  gəldikdə,
               ümumilikdə  onların  insanlara  zərəri  yoxdur.  Cinlər  dünyanın

               imkanlarını  insanlarla  paylaşmadıqlarından  onlarla  insanlar
               arasında keçmişdə bir döyüş olmadığı kimi, gələcəkdə də belə
               bir şeydən söz gedə bilməz. Bununla bərabər Qurani-Kərimdə

               onlardan  gələ  biləcək  pis  fikir  və  zərərli  xəyallara  qarşı
               insanların  diqqəti  çəkilərək  bundan  Allaha  sığınılması
               istənmişdir.


                     Qurandan  başa  düşüldüyünə  görə,  cinlər  kainatın
               təhlükəsiz yerlərində gəzib otura bilirlər. Bunu Qurani-Kərim
               belə bəyan edir:


                                                               َ
                             َ
                                                                              َ
                اَهْنِم ُدُعْقَن اَّنُك اَّنأو  .    َ    ًابُهُش َ و    ًاديِدَشًاس َ رَح  ْتَئِلُم اَهاَن   ْدَج َ وف ءاَمَّسلا اَنْسَمَل ا   َّنأ َ و
                                                                         َ
                                           .      ًادَص َّ ر ًاباَهِش ُهَل ْدجَي َن ْ لْا عِمَتْسَينَمف عْمَّسلِل َدِعاَقَم
                                                           ِ
                                                                 ِ
                                                                           ِ
                     “Biz  (cinlər  yuxarı  aləm  əhlinin  söhbətinə  oğrun-oğrun
               qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq),
               amma  onun  (mələklərdən  ibarət)  güclü  gözətçilər  və
               yandırıb-yaxan  (axan)  ulduzlarla  dolu olduğunu görürük.
               Biz (Məhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən
               əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi

               yerlərində  otururduq.  Lakin  indi  kim  (onların  söhbətinə)


                 Bax: Abdulla Nəsri, Quranda dünyaşünaslığın əsasları, Bakı, Qələm nəşriyyatı, 2003,  1
                                                                                 səh. 188
   68   69   70   71   72   73   74   75   76   77   78