Page 74 - Islamic Studies 04
P. 74

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(73


               qulaq  asmış  olsa,  yandırıb-yaxan  bir  ulduzun  onu
                                     1
               gözlədiyini görər”.

                     Lakin  əslində  bizim  dünyamızın  səssiz  və  zərərsiz
               sakinləri olan cinlər haqqında çox şey demək imkanına sahib
               deyilik. Yalnız bunu deyə bilərik ki, biz cinlərlə və hətta bəzi
               mələklərlə bir yerdə yaşayırıq.


                     İnsanın (Həzrət Adəm və Həvvanın) yaradılması


                     Beləliklə,  yer  üzərində  həyatın  əmələ  gəlməsi  haqqında
               ən  düzgün  və  ən  dolğun  məlumatı  müqəddəs  dinimiz  olan
               İslamın  əsas  mənbələrindən  öyrənirik  ki,  bu  öyrəndiklərimiz
               də  heç  şübhəsiz  ki,  bir  azdan  sonra  izah  edəcəyimiz  müasir

               elmi nailiyyətlərlə tam uyğundur.

                     İslama  görə  Allah  ilk  insan  olan  həzrət  Adəmi  (ə)

               torpaqdan  yaratmış  və  ona  öz  ruhundan  üfürərək  can
               vermişdir. Beləcə insan fiziki varlığı ilə dünya həyatına, ruhi
               varlığı  ilə  də  mənəvi  aləmə  uyğun  bir  formaya  sahib

               edilmişdir.  Ona  verilən  ağıl,  iradə,  hafizə,  səbir,  qəzəb  kimi
               duyğu və bacarıqlarla uca Allahın dəyər verdiyi bir varlıq olan
               insan olmuşdur. İnsana eyni zamanda “Allahın  xəlifəsi” adı da

               ona məhz uca Rəbbimiz tərəfindən verilmişdir. İnsan gözəl bir
               şəkildə  yaradılmış  və  ona  insanlıq  dəyəri  verilərək  eyni
               zamanda məsuliyyət əmanəti ilə də cavabdeh qılınmışdır. Bu

               mənada  insanın  yaradılması,  yaşadılması,  xəlifə  qılınması


                                                                           Cin surəsi, ayə 8  9 -  1
   69   70   71   72   73   74   75   76   77   78   79