Page 75 - Islamic Studies 04
P. 75

74) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               məsələsi  və  s.  kimi  insan  mahiyyətinin  müəyyənləşdirilməsi,

               mövzumuz üçün əhəmiyyət kəsb etməkdədir.

                     İnsan dəyərli varlıqdır və onun yaradılışı haqqında çoxlu

               fikirlər mövcuddur. Əllamə Məclisi Qurani-Kərimə və hədisi-
               şəriflərə,  həmçinin  özündən  əvvəlki  alim  və  filosofların
               fikirlərinə  istinadən  ilk  insanın  Allah  tərəfindən  torpaqdan

               yaradıldığı  qənaətinə  gəlmişdir.  O,  insanın  nə  üçün  insan
               adlanması haqqında adı çəkilən əsərinin 57-ci cildə “İnsan nə
               üçün  insan.”.  adlanır  adlı  fəsil  (38-ci  fəsil)  açmış  burada

               mövzu  ilə  bağlı  bir  neçə  hədisi-şərif  nəql  etmişdir.  İnsanın
               insan adlanması haqqında İmam Cəfər Sadiqdən (ə) aşağıdakı
               hədisi nəql etmişdir:


                  نبا نع ميكح نب ةيواعم نع ،يدسلاا رفعج نب دمحم نب دمحأ نب يلع نع
                ناسن لاا يمس :لاق ملاسلا هيلع   اللهدبع يبأ نع ،انب احصأ ضعب نع ،ريمع يب أ
                        ”.   يسنف لبق نم مدآ ىلإ اندهع دقلو" :   لجوزع الله لاق و ،ىسني هنلا اناسنإ


                     “İnsan unutqan olduğu üçün insan adlanmışdır. Necə ki,
               Allah  taala  buyurmuşdur:  “Doğrusu,  bundan  əvvəl  Adəmə

               də  (Şeytana  uymamağı)  tövsiyə  etmişdik.  Lakin  o
               (tövsiyəmizi) unutdu” (Taha, 115).
                                                       1

                     Müəllif  bundan  sonra  insan  sözünün  etimoloji  təhlilini
               vermiş, onun qrammatik baxımından hansı kökdən yarandığını
               və s. izah etməyə çalışmışdır. O, Bəsrə qrammatika alimlərinə
               görə,  insan  sözünün  “üns”  kökündən  yarandığını,  Kufə

               qrammatiklərinə görə isə “nisyan” kökündən əmələ gəldiyini,
               birincilərə  görə  “ünsiyyət  qurmaq”,  ikincilərə  görə  isə

                                                                  Həmin mənbə, c. 57, sə h. 265 1
   70   71   72   73   74   75   76   77   78   79   80