Page 76 - Islamic Studies 04
P. 76

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(75


               “unutmaq”  mənasını  daşıdığını  da  qeyd  etmişdir.  Müəllif  bu
               fikirləri Xəlil bin Əhməd əl-Fərahidinin “Kitabül-eyn” və Şeyx
               Tusinin “ət-Tibyan” əsərlərinə istinadən işıqlandırmışdır.


                     Müəllifin  əsərində  yer  verdiyi,  lakin  bütün  alimlər
               tərəfindən heç də doğru qəbul edilməyən fikirlərindən biri də
               qadının kişinin qabırğasından yaradılmasıdır. O, qadının (ةأرملا)

               adlanmasının səbəbini İmam Cəfər Sadiqdən (ə) nəql olunmuş
               “Qadın  ona  görə  qadın  (mərətun)  adlanır  ki,  o  kişinin
                                                                        1
               qabırğasından  xəlq  edilmişdir”  hədisinə  bağlayır.   Doğrudur,
               müəllif  əsərinin  başqa  yerində  Həvvanın  (ə)  Adəmin  (ə)
               yarandığı palçığın qalığından yaranması fikrini təsdiqləmişdir.
               Onun  maraqlı  açıqlamalarından  biri  də  qadınların  “nisa”

               adlanmasının səbəbidir. O, bu səbəbi “nisa” sözünün “nisyan”
                                                                 2
               (untqanlıq) sözündən törədiyini bildirmişdir.
                     Həvvanın  (ə)  “Həvva”  adlanması  haqqında  müəllifin

               gəldiyi  qənaət  budur  ki,  Allah  Adəmi  (ə)  yaratdıqdan  sonra
               ona  qısa  müddətli  yuxu  vermiş,  Adəm  (ə)  oyandıqdan  sonra

               yanında  bir  şəxsin  olduğunu  görmüş,  onun  kimliyini
               soruşduqda Allahın Adəmin (ə) onunla ünsiyyətdə olacağını və
               adının  da  Həvva  olduğunu  bildirməsidir.  Onun  Həvva
               adlanması  isə  canlıdan  yaranmasına  və  ya  hər  bir  canlının

               anası olmasına görədir.
                                         3



                                                                  Həmin mənbə, c. 57, s əh. 265 1
                                                                  Həmin mənbə, c. 57,  səh. 265 2
                                                              Həmin mənbə, c. 57, səh. 265 - 266 3
   71   72   73   74   75   76   77   78   79   80   81