Page 17 - Islamic Studies 05
P. 17
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (16
“təsəvvüf” kəlməsi ilə eyni mənada işlədilir. İrfan – haqqa
doğru yönələn yol barəsində nəzəri bilikləri əhatə etdiyi halda,
təsəvvüf – bu yolun təcrübi olaraq keçilməsidir. İrfani
biliklərlə möhkəmlənməmiş bir təsəvvüf həyatı düzgün
sayılmaz. Eləcə də, həyatda yaşanılmayan irfan bilgiləri də
qətiyyən əhəmiyyət kəsb etməz. İrfansız təsəvvüf, təsəvvüfsüz
irfan yoxdur.
“Təsəvvüf” termin kimi, hicrətin II əsrindən sonra meydana
çıxdığı üçün, bundan əvvəlki dövrə aid olan İslam
mənbələrində eyni mənanı bildirmək məqsədilə "zöhd”,
“irfan” və s. kəlmələr işlədilirdi. İstər İslam müqəddəslərinin
hədislərində, istərsə də ilk sufilərin söz və yazılarında rast
gəldiyimiz “arif” kəlməsinin məna yükü sonralar “sufi” sözünə
şamil edilmişdir. Şəhid Mürtəza Mütəhhəri “İslam elmləri ilə
tanışlıq” kitabında yazırdı: “İrfan barədə iki istiqamətdə
danışmaq və tədqiqat aparmaq olar: ictimai baxımdan və
mədəni baxımdan. İrfan əhlini mədəni baxımdan yanaşdıqda
“ariflər”, ictimai baxımdan yanaşdıqda isə çox vaxt
1
“təsəvvüfçülər” (sufilər) adlandırırlar”.
İrfan bir elmi və mədəni kompleks kimi iki hissədən
ibarətdir: əməli (praktiki) irfan və nəzəri irfan. Əməli irfan
insanın öz iç dünyası ilə, onu əhatə edən xarici aləmlə və
Allahla əlaqələrini, bunların qarşısında daşıdığı vəzifələri
öyrənir. Bu cəhətdən irfan əxlaq elminə bənzəyir; yəni onun
kimi təcrübi elmdir. Əməli irfanı həm də “seyrü-süluk”
adlandırırlar. Burada insaniyyətin ən yüksək nöqtəsinə, yəni
tövhid mərhələsinə çatmaq üçün haqq yolçusunun mənəviyyat
səfərinə haradan başlayacağı, hansı məqamları ardıcıllıqla
İslam elmləri ilə tanışlıq kitabından
1