Page 138 - Islamic Studies 05
P. 138
137) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Bundan əlavə hüquq elmində günah etmək niyyəti və
cinayət fikri cinayət sayılmadığı halda, necə ola bilər ki, insan
yalnız niyyətinə görə (yaxşı, yaxud pis) şəri cəhətdən məhkum
olunsun və ya mükafatlandırılsın?
Bu suala cavab olaraq deyilməlidir:
Cinayəti düşünmək, yaxud onu həyata keçirənə fikrən
dəstək vermək, əlbəttə, cinayət sayılmır, lakin güclü əxlaqi
təsirlərə malikdir. Məsələn, günahsız bir insanın öldürülməsinə
razılığını bildirən, şübhəsiz, qatillərlə həmfikir sayılır.
İnsanın hüquqi məsələdə cinayəti inkar etməsi kifayət
qədər dəlil-sübutun olmamasından irəli gələ bilər, lakin
yaradılış qayda-qanunundan qaçmaq qeyri-mümkündür:
“Sənin hakimiyyətindən boyun qaçırmaq olmaz.”
Allah Təala “Qurani-Kərim”də buyurur:
“ Özlərindən sonra (aciz və) zəif övladlar qoyub gedəsi
olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən
ötrü də) o cür qorxsunlar!...”(«Nisa»-9).
Ataların keçmişdə göstərdiyi amansızlığın gələcəkdə
övladlarını necə də haqladığını görürsünüzmü? Halbuki
övladların heç bir günahı yoxdur. Çünki bu, varlıq aləmində
sabit olaraq dəyişilməz qalan yaradılış qanun qaydasıdır. Onun
təhqiqatı və mühakimə qaydası adi məhkəmə orqanlarının
mühakiməsindən tam fərqlənir. Bu məhkəmədə haqq, ədalət
məfhumu çox əhatəli və genişdir.1
3)Hərəkət (razılıqla baş verən) özü də iki xarakterə
malikdir: fərdi və ictimai. Fərdi hərəkət yalnız bir nəfərin
istəyi ilə baş verir və ancaq həmin şəxs üçün müəyyən bir
əhəmiyyət kəsb edir. İctimai əməl bir nəfər tərəfindən həyata
keçirilsə də, böyük ictimai əhəmiyyətə malikdir. Məsələn,
baxmayaraq ki, Saleh peyğəmbər(ə)-in dəvəsi bir nəfər
Bu məsələlərlə maraqlanmaq istəyənlər ustad Əllamə Təbatəbainin əsərlərinə və şəhid 1
Mütəhhərinin 147“İnsan və tale”, «İlahi ədalət” kitablarına müraciət edə bilərlər.