Page 139 - Islamic Studies 05
P. 139

Dində ixlas (138

               tərəfindən təqib edilib öldürülmüşdü, lakin başqaları da onunla
               həmfikir olduğu üçün Allah-təala bu əməli ümumilikdə Səmud
               qövmünə aid edərək buyurur:
                     “...Onu  (dəvəni)  tutub  kəsdilər.  Rəbbi  də  bu
               günahlarına  görə  onların  kökünü  kəsib  yerlə  yeksan
               etdi.”(«Şəms»-14).
                     İctimai işlərdə fikiri və əməli asılılıq əsas deyil, yetər ki,

               qəlbən və ruhən razılıq olsun.000 Cəmiyyətin bir nümayəndəsi
               olan icraçı cəmiyyətə arxalanır, buna görə də onun törətdikləri
               cəmiyyətin hesabına keçərək, ictimai məzmun daşıyır.
                     İslam mədəniyyətində bu ortaqlıq üçün zaman və məkan,
               uzaq-yaxınlıq  şərt  deyildir,  yəni  bu  ictimai  ortaqlıqda
               gələcəkdəkilər keçmişdəkilərlə oxşar olacaqlar. Buna görə də
               cəmiyyət  ictimai  rəqabətlər  və  ziddiyyətlərdə  qarşılıqlı
               əməllərin cəriməsini ödəyir. Nə üçün? Ona görə ki, əqidə və
               məqsəddə  onlarla  ortaqdırlar.  Əməllərinə  qarşı  razılıqlarını
               izhar  edirlər.  Ümumiyyətlə,  məhəbbət  və nifrətdə şərikdirlər.
               Bunu şərh etməklə ümumi ictimai əməllərdə tabelik fəlsəfəsi
               aydın  olur.  Təsadüfi  deyildir  ki,  ayə  və  rəvayətlərin  çoxu
               asılılığın  fərdi  əməllərdə  yox,  ictimai  əməllərdə  daha  çox
               özünü biruzə verməsini qeyd edir:
                     “Kim  bir  qövmün  əməli  ilə  razı  qalarsa....”  və  ya  “Hər
               hansı bir qövmün əməlindən razı qalan onlardan sayılır və s.”
                     Bu  hədislərdə  fərdin  yox,  cəmiyyətin  hərəkəti  müzakirə
               olunur, çünki ictimai təsir fərdi təsirdən daha güclüdür.
                     Yuxarıda  sözügedən  asılılıq  icraçı  və  həmrəy  tərəflər
               arasındakı mənəvi və mədəni bağlılığın ifadəsidir. Bu cəhətdən
               fərdi  hərəktlə  ictimai  hərəkət  arasında  heç  bir  fərq  yoxdur.
               Bunlar yalnız əhatə dairəsinə görə fərqlənirlər.
                     Şübhəsiz,  hər  hansı  bir  hərəkətə  müsbət  münasibət
               bəsləyən onun icraçısının savab və əzabı ilə şərikdir.
   134   135   136   137   138   139   140   141   142   143   144