Page 149 - Islamic Studies 05
P. 149
Dində ixlas (148
aydın olur. Həm də məhəbbət və nifrət, razılıq və narazılıqdan
sözü səthi, ötəri emosiyalar yox, insan daxilindən axıb gedən,
onun şəxsiyyəti və təbiəti ilə sıx bağlı olan nəfsani halətlər
məqsədi ilə işlənmişdir. Bu halda başqasının əməli ilə həmfikir
olan şəxs əslində onunla həmrəydir. Təbii surətdə əməlin
nəticələrində də onunla şərik olacaqdır.
6. Əxlaq normalarında əməlin təsirli olmasına
baxmayaraq, əsas niyyət və düşüncədir. Hüquqi normalarda isə
bunun tam əksi olaraq niyyət ikinci dərəcəli olub əməl əsas
təşkil edir.1
Məsələn, əgər bir nəfər düşmənçilik üzündən öldürülərsə
və sonradan qətlə yetirilmiş şəxsin qanının halal olması (yəni
qatilin haqlı olması) məlum olarsa, hüquqi cəhətdən qatil
günahkar sayılmayıb cəzalandırılmır, lakin əxlaq baxımından
bu şəxs cəzaya layiqdir. Çünki əməlin feli cəhətdən qəbih
olmamasına baxmayaraq icraçı cəhətdən qəbihdir. Buna görə
də qatil cəzaya və tənbehə layiqdir. Bəzi fəqihlərin də bu kimi
məsələlərdə icraçını cəzaya layiq hesab etməsi ehtimal olunur,
çünki bu cinayət hüquqi cəhətdən yox, əxlaqi baxımdan
qəbahət sayılır. Bizim fikirimizcə, hüquqi və əxlaqi məsələlər
arasındakı bu yaxınlıq təbii haldır, çünki islam hüquqi islam
əxlaqından ayrılmazdır.
Buna əsasən əxlaqi və hüquqi məsələlərdən hər birinin
yeri aydınlaşaraq hüquqi cəhətdən məsuliyyətsizin əxlaqi
cəhətdən məsuliyyətsiz olduğunu sübut edə bilmədiyi məlum
olur. Həmçinin, əxlaqi vacib və haramlıq şəri vacib və
haramlıq məfhumundan başqa bir şey olmadığı da məlum olur.
Əxlaqi vacib və haramlıqdan fərqləndirən təkcə hökmün əsli
yox, mahiyyətlidir. Buna əsasən əxlaqi haramlıq əxlaqi
cəhətdən haramdır. Bu, hüquqi cəhətdən heç də haram olmaya
1 Əlbəttə, hüquqi məsələlərdə niyyət əmələ çevrilməzsə, ikinci dərəcəli hesab olunur.
Əks təqdirdə isə əsası elə niyyət təşkil edir.