Page 212 - Islamic Studies 05
P. 212

211) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                                Papalar

               Papalığın  meydana  gəlməsi  Qərbi  Avropada  kilsənin
               qüvvətlənməsində  böyük  rol  oynadı.  IV  əsrin  sonu-  V  əsrin
               əvvəlində Roma papaları, müstəsna olaraq özləri üçün, papa,
               yəni kilsə başçısı adlanmaq hüququna yiyələndilər. Özlərinin
               kilsədə  başçı  olmaq  iddialarını  papalar  “apostol  Pyotrun

               varisləri  ”  olmaları  ilə  əsaslandırırdılar.  Əfsanəyə  görə  o,
               Xristin Romada ilk yepiskopu- ilk canişini  olmuşdu. Qərbdə,
               xüsusilə      İtaliyada,     qüvvətli      dünyəvi      hakimiyyətin
               olmamasından  istifadə  edən  papalar  V-  VI  əsrlərdə  sürətlə
               yüksəldilər,  faktiki  olaraq,  Roma  yeparxlığının  dünyəvi
               hakimlərinə çevrildilər. Qərbi Avropa ölkələrində kilsə torpaq
               sahibliyinin  inkişafı  ilə  əlaqədar  olaraq  bu  torpaqlardan
               papanın  cərəncamına  müxtəlif  rüsumlar  daxil  olmağa
               başladı.Papanın  əlində  olan  torpaqların  hamısı  birlikdə  “
               Müqəddəs  Pyotr  mülkü”,  onun  özü  isə  həmin  torpaqların  ali
               senyoru  hesab  olunmağa  başladı.  Kilsənin  təşkili  get-  gedə
               feodal-  iyerarxiya  quruluşu  kəsb  etməyə  başladı;  ona  papa
               başçılıq  edir,  ən  aşağı  pillələrində  isə  -  məhəllə  (prixod)
               keşişləri  dururdu.  VI  əsrin  sonlarına  yaxın  Qərbi  Avropada
               papalıq  bütün  xristian  kilsəsinə  tamamilə  başçılıq  etmək
               iddiasını irəli sürməyə başladı.
               Roma Papası- Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin
               başçısı,  Katolik  xristianların  dini  lideridir.  Katoliklərə  görə
               həvari  Pyotrun  xələfidir.İlk  zamanlar  bütün  yepiskoplara
               verilən  papa  ünvanı,  sonrlar  yalnız  Roma  Yepiskopu  üçün
               istifadə  edilməyə  başladı.  Katolik  kilsəsi,  kilsə  çərçivəsində
               Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın
               ilahi  bir  qurum  olduğunu  iddia  edir:  İsa,  papalıq  vəzifəsini
               Pyotra  təhvil  vermiş  və  Pyotr  da  bu  vəzifəni  faktiki
               görmüşdür. Kİlsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada
   207   208   209   210   211   212   213   214   215   216   217