Page 243 - Islamic Studies 05
P. 243
Bədgümanlıq və onun növləri (242
adamlarla oturub-durmaq yaxşı insanlara qarşı bədgümanlığa
1
səbəb olur.”
Bədgümanlığın zərərləri
Bədgümanlıq insanın fərdi və ictimai həyatında xoşagəlməz
təsirlər qoyur ki, aşağıda onların bəzilərini qeyd edirik:
a) Fərdi təsirlər
1. İnsanın camaatdan qaçması;
İctimai həyat insanlar arasında ülfət, ünsiyyət və qarşılıqlı
etimad əsasında bərqərar olmuşdur. Əgər insanlar bir-birinə
qarşı bədgüman etsələr, qarşılıqlı etimad aradan gedər,
səmimiyyət və ünsiyyət qarşılıqlı nifrətə çevrilər, hamı bir-
birindən qaçar. Bədgüman şəxs başqalarından qaçır və yalqız
qalır. Əli (əleyhis-salam) buyurur: “Hər kəs gümanını
2
yaxşılaşdırmasa, hamıdan qorxar.”
Hər bir insanın yaş, irs, fiziki və mə´nəvi istedad, ictimai
mövqe kimi xüsusiyyətləri vardır. İnsanın qurduğu ictimai
mövqedən həm yuxarı, həm də aşağıda digər ictimai təbəqələr
mövcudur. İnsan özündən aşağıda və yuxarıda olanlarla hansı
münasibətdə olmalıdır?
1 - “Biharul-ənvar”, 71-ci cild, səh. 192
2 - “Ğurərul-hikəm”, səh. 254