Page 239 - Islamic Studies 05
P. 239

Bədgümanlıq və onun növləri (238

               a) Bədgüman insanın xüsusi zəifliyə və ruhi sarsıntıya düçar
               olması  onu  başqaları  barəsində  pis  gümanlar  etməyə  vadar
               edir.  Əli  (əleyhis-salam)  bu  barədə  buyurur: “Şər  insan
               başqaları barəsində xeyir fikrində deyildir. Çünki onları da öz
                                            1
               təbiəti ilə müqayisə edir.”
               b)  İmansızlıq  və  ya  imanın  zəif  olması  bədgümanlığın  digər
               amilidir. Əli (əleyhis-salam) buyurur: “Bədgüman insanın dini
                         2
               yoxdur.”
               Başqa bir hədisdə isə buyurur: “İman bədgümanlıqla bir yerə
                            3
               yığışmaq.”
               v)  Batinin  alçaq  təbiətli  olması,  gözəl  əxlaqdan  və  insani
               səciyyələrdən uzaq olmaq sui-zənnin digər bir səbəbidir. İmam
               Əli (əleyhis-salam) buyurur: “Xəyanət etməyən bir şəxsə qarşı
                                                 4
               bədgüman etmək alçaqlıqdır.”
               Camaatın  qarşı  tərəfə  (bədgüman  insanın  sui-zənn  etdiyi
               şəxsə) qarşı sui-zən etməsinin səbəbləri aşağıdakılardır:
               a)  Töhmət  məqamında  qərarlaşmaq.  Bəzən  insan  özünü  elə
               yerlərdə  qərar  verir  ki,  camaat  onun  barəsində  bədgüman
               etməsinə səbəb olur. Elə işlər görür ki, hər kəs onu görsə onun
               barəsində  pis  fikirləşər.  Bu  işə  də  islam  nəzərindən  icazə
               verilmir. Çünki belə olan halda insan öz ixtiyarı və iradəsi ilə
               başqalarının onun barəsində bədgüman etməsinə şərait yaradır
               və  onun  müqəddimələrini  hazırlayır.  Əli  (əleyhis-salam)
               buyurur: “Hər kəs pis və nalayiq yerlərə daxil olsa, müttəhim
               olunar.  Özünü  töhmətə  məruz  qoyan  şəxs  onun  barəsində
               bədgüman edənləri məzəmmət etməsin.”
                                                             5



               1 - “Ğürərul-hikəm”, səh.   105
               2 - “Ğürərul-hikəm”, səh.   264
               3 - “Ğürərul-hikəm”, səh.   264
               4 - “Biharul-ənvar”, 75-ci cild, səh.   93
               5 - Nəraqi, Molla Məhdi, “Camius-səadat”, 1-ci cild, səh.   319
   234   235   236   237   238   239   240   241   242   243   244