Page 238 - Islamic Studies 05
P. 238
237) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
ibadət və bəndəliyin mənşəyi olan Allah qarşısında
1
qorxu və təvazökarlıq.
Şəhid Mütəhhəri tərbiyə və əxlaqın bir-biri ilə fərqi
olub-olmaması bölməsində əxlaq və tərbiyənin fərqinə
inanmağın səbəbini belə izah edir: tərbiyə yalnızca “bəsləmə”
və “qayğısınaqalma”, “düzəltmə” məfhumunu çatdırır. Tərbiyə
nəzərindən “tərbiyə”nin necə və nə üçün olacağının fərq
yoxdur. Yəni, “tərbiyə” məfhumunda müqəddəslik mənası
gizlənmir ki, “Tərbiyə, yəni bir şəxsə heyvaniyyat fövqündə
olan keyfiyyət ələ gətirəcək şəkildə təlim vermək” deyək.
Əksinə, rəftar və əməli tərbiyə də bura aiddir. Belə olduqda, bu
söz hətta heyvanlara da şamil olur. Amma “əxlaq”
məfhumunda müqəddəslik gizlənmişdir və buna görə də əxlaq
2
sözünü heyvan haqqında işlətmirlər. Əxlaq insana xasdır.
Alimlər nəzərində “əxlaq” məfhumu qısa şəkildə
aydınlaşdıqdan sonra, o, dini nəzərdən də araşdırılmalıdır.
İslam əxlaqi təlimləri iki mənbədən qaynaqlanır: kitab və
sünnə. Allah-taala instinktlərin kontrol olunması, hidayətə
kömək və insanın səadəti üçün müxtəlif amillər qoymuşdur.
Əlbəttə, bu amillər insana layiq olub, onun özünün ixtiyarı və
seçimi ilədir. İnsanın öz yaradılışına diqqət etməsi və təfəkkür,
düşünmək xüsuisyyətlərinə malik olması ona tüğyan edən
şəhvət və selin qarşısında güclü sədd çəkməyə kömək edir.
Bədgümanlığın amilləri
İnsanın bədgümanlıq etməsinə səbəb olan amillər
aşağıdakılardır:
1 -Məkarim Şirazi, Quranda Əxlaq, c. 1, s. 741
2 -Tədqiqatçı qrupu, İslamda təim və tərbiyə, s. 95