Page 244 - Islamic Studies 05
P. 244
243) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Hamını eyni bir səviyyədə bilmək yanlış fikirdir. Müəllimlə
şagird, müdirlə fəhlə, ata ilə övlad arasında inkarolunmaz
fərqlər vardır. İslamda hamının bərabər olduğunu əsas
gətirərək əsgərin komandirə tabe olmaması tamamilə
məntiqsizdir. Rəvayətdə buyurulur: «Bütün müsəlmanlar
darağın dişləri tək bərabərdirlər»(«Biharul-ənvər», cild 78.).
Lakin bu rəvayətdə müxtəlif ictimai vəzifəyə malik
müsəlmanlar yox, Allah qarşısında ümumi bəndəlik nəzərdə
tutulur. İctimai işdə rəhbərlik məsuliyyəti daşıyan müsəlmana
itaətsizlik ümumi işi müvəffəqiyyətsizliyə aparır. Bu itaətsizlik
adətən zəif iradəli insanlarda baş verir. Öz zəifliyini ört-basdır
etmək istəyən insan bir pillə hündürdə dayanan müsəlmana
qarşı çıxıb «mən səndən əskik deyiləm» demək istəyir. Amma
tabeçilikdə olan şəxsin etirazı haqlı da ola bilər.
Amma bütün bu zərurətlər müsəlman cəmiyyətinin xeyrinə
olduğu üçün hər müsəlman öz vəzifəsinə əməl etməlidir.
Mömin insan nəfsani istəklərə uyub tabeçiliyində olduğu
şəxslə dava-dalaşa yol vermədən öz vəzifəsinə əməl etməlidir.
İnsan özündən aşağıda dayananlara həqarət gözü ilə
baxmamalıdır. Allah-təala Qurani-Kərimdə buyurur: «Bir
qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar
lağa qoyanlardan daha yaxşı olsunlar»(«Hucərat» surəsi, ayə
11.).
2. İman və ibadətlərin məhv olub puça çıxması
Başqalarına qarşı bədgüman olmaq, pis fikirlərə qarşı reaksiya
göstərmək insanın ibadətlərini puça çıxarır, günah yükünü ona
ərməğan gətirir. Əli (əleyhis-salam) buyurur: “Bəd güman