Page 246 - Islamic Studies 05
P. 246

245) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               b) İctimai təsirlər


                   1.  İnsanlar arasında qarşılıqlı etimadın aradan getməsi


               Bədgümanlıq  cəmiyyətə  hakim  olan  məcmu  etimad  ruhunu
               aradan  aparır, ictimai  təhlükəsizliyi  xətərə  salır. Belə  ki, heç
               kəs başqasına etibar etmir, insanlar bir-birinə xəyanətçi gözü
               ilə  nəzər  salaraq  bir-birindən  qaçırlar.  Əmirəl-möminin  Əli
               (əleyhis-salam)  buyurur: “Camaatın  ən  pisi  o  kəsdir  ki,
               bədgümanlığına görə camaata etimad etmir, bir kəs də onun
                                                                    1
               əməlinin pis olduğuna görə ona etimad etmir.”

               2. İşlərin xarab olması və başqalarının şər işlərə təşviqi

               Bədgümanlığın  mənfi  təsirlərindən  biri  yaxşı  işlərin  puça
               çıxmasıdır.     Çünki      bədgümanlıq       etimadsızlıq     yaradır,
               etimadsızlıq da başqalarında mənfi hislər oyadır və işlərin eşq-
               məhəbbət  üzündən  yerinə  yetirilməsi  əvəzinə,  etimadı  cəlb
               etmək  üçün  süni  rəftarlara,  yaxud  işdə  problem  yaratmağa,
               işlərin  görülməsini  mürəkkəbləşdirməyə  vadar  edir.  Başqa
               sözlə  desək,  bədgümanlıq  xisləti  düz  və  etimad  olunan
               insanları düzgün olmayan yollardan istifadə etməyə vadar edir.
               Əli  (əleyhis-salam)  bu  barədə  buyurur: “Bədgümanlıq  işləri
                                                                 2
               puça çıxarır və insanı pisliklərə tərəf çəkir.”


               3. Dostluq əlaqələrinin gərginləşməsi

               Dostlara  qarşı  bədgümanlıq  onların  arasındakı  əlaqələrin
               gərginləşməsinə səbəb olur, dostluq və səmimiyyəti məhv edir.


               1  - “Ğurərul-hikəm”, səh.   263
               2 - “Ğurərul-hikəm”, səh.   263
   241   242   243   244   245   246   247   248   249   250   251