Page 240 - Islamic Studies 05
P. 240
239) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Rəvayət olunmuşdur ki, bir gün Peyğəmbəri-Əkrəm (səlləllahu
əleyhi və alih) öz həyat yoldaşı Səfiyyə (Hüyy ibni Əxtəbin
qızı) söhbət edirdi. Bu zaman ənsardan olan bir kişi oradan
keçirdi. Peyğəmbər onu çağırıb buyurdu: “Ey filankəs! Bu
qadın arvadım Səfiyyədir! (Yəni gərək qəlbindən pis fikir
keçməsin).”
O kişi dedi: “Ey Allahın Rəsulu! Məgər biz sənin barəndə
yaxşılıqdan başqa bir şey fikirləşə bilərikmi?!”
Həzrət buyurdu: “Şeytan qan kimi insanın bütün bədənində
cərəyan edir və mən də (onun) sənə daxil olacağından (yəni
1
mənə qarşı sui-zənn edəcəyindən) qorxdum.”
Pis fikir, bədbinlik, sui-zənn xalqın mühakiməsi
nümunələridir. İnsan başqalarının yersiz mühakimə
yürütməsinə şərait yaratmamalıdır. Bununla yanaşı,
başqalarının razılığı üçün çalışmamalıyıq. Yalnız Allahın
razılığını qazanmaq istəyənlər düzgün yoldadırlar. Bəzən
insanların istəyi Allahın istəyindən fərqlənir. İnsanlar bəzən
yersiz mühakimələr yürüdür, nahaq tərif və nahaq ittihama
cəhd edirlər. Demək, insan öz əməlləri ilə xalqın diqqətini cəlb
etməyə çalışmamalı, eyni zamanda, ehtiyatlı olmalıdır ki, xalq
ona münasibətdə bədbin olmasın. Yəni xalqın razılığı üçün
çalışmamaq ayrı bir məsələdir, bədbinliyə şərait yaratmamaq
isə başqa bir məsələ. Allahın razılığını qazanmaq bütün
hallarda zəruridir. İnsan daim düşünməlidir ki, onun
hərəkətləri Allahın razılığına uyğundur, yoxsa yox?
Allah-təala icazə vermir ki, mömin şəxs özünü abırdan sala və
ya başqalarına ehtiramsızlıq göstərə. Mömin şəxsin hörməti
gözlənilməlidir. Başqalarına səni hörmətdən salmaq icazəsi
verilmədiyi kimi, sən də öz hörmətini və digər möminlərin
hörmətini qorumalı, sui-zənn və yersiz ittihamlara yol
açmamalısan. Mömin şəxs ittiham üçün şərait yaratmamalıdır.
1 - “Biharul-ənvar”, 71-ci cild, səh. 191