Page 242 - Islamic Studies 05
P. 242
241) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Əgər haqqınızda ictimai rəy müsbət olarsa, xalq sizə inanarsa,
bu inam sizi yaxşılığa vadar edər və çalışarsınız ki, insanların
rəyini doğruldasınız. Əgər sizə aid edilən kamillik və gözəl
xasiyyətlər sizdə yoxdursa, bu sifətləri əldə etməyə çalışın.
Əgər xalq düşünürsə ki, siz ibadət və təqva əhlisiniz, bu rəyləri
həqiqətə çevirməyə səy göstərin. Əgər sizi doğruçu hesab
edirlərsə, çalışın ki, yalan danışmayıb, dilinizi əsassız
sözlərdən qoruyasınız. Bir sözlə, xalqın müsbət rəyi nemətini
əldən çıxarmayın. Xüsusi ilə, ictimai mövqeyə malik insanlar
üçün xalqın müsbət fikri olduqca əhəmiyyətli sərmayədir. Ona
görə də xalqın xoş gümanını qoruyun, xalqın arzuladığı və
Allahın razı qalacağı rəftar sahibi olun.
Sözsüz ki, mömin, müvəhhid, kamil imana malik insanlara
belə tövsiyyələr verməyə ehtiyac yoxdur. İmam Həsən (ə) isə
bu kamil sifətlərin nümunəsidir. Pak insana «xalqın arzuladığı
kimi ol» demək yersizdir. Çünki bu insan Allaha xatir özünü
çirkinliklərdən pak etmiş və xalqın müsbət rəyini əvvəlcədən
qazanmışdır. Əvvəldə qeyd etdiyimiz kimi, vəsiyyətnamədəki
bu tövsiyyələr bütün xalqa ünvanlanmışdır. Çünki adi
insanlara büdrəmələr, xətalar labüddür və başqaları bu
nöqsanlardan xəbərsiz ola bilərlər. Yalnız belə insanların
xalqın arzusuna uyğun rəftara çalışması məntiqi olar.
b) Pis və şər adamlarla oturub-durmaq. Adətən, şər və əxlaqsız
adamlar saleh və düz insanlara qarşı sakit dayanmır, onlardan
eyib tapmağa çalışır, onlarda kiçik bir zəiflik və nöqsanlı hal
görən kimi onu şişirdir, zəiflik tapa bilmədikdə isə özündən bir
eyib düzəldirlər. Belə adamlarla oturub-durmaq insanın layiqli
adamlara qarşı bədbin olmasına səbəb olur, onların rəftar və
təfəkkürlərini tam əksinə təfsir və təhlil edir, onların gözəl
işlərini çirkin qələmə verir. Əli (əleyhis-salam) buyurur: “Pis