Page 245 - Islamic Studies 05
P. 245
Bədgümanlıq və onun növləri (244
etməkdən uzaq ol! Çünki bəd güman ibadəti korlayır və günahı
1
böyüdür.”
Yəni insan başqalarına qarşı bədgüman etdiyi zaman onların
barəsində düzgün olmayan mühakimə yürüdür, onların
barəsində yaramaz sözlər danışaraq eyiblərini axtarır və özünü
başqalarından üstün hesab edir. Nəticədə bu yaramaz sözlər,
qeybət və özünü üstün görməsi bir tərəfdən ibadətlərinin puça
çıxmasına səbəb olur, digər tərəfdən də bu çirkin əməllər və
rəzil sifətlər bədgümanlıq günahının yanında qərarlaşaraq
sahibinin günahını ağırlaşdırır.
3. Həlak olmaq
Sui-zənn və qeybət bir-biri ilə əlaqəli çox namərd və xain
günahdır. Ata-babalarımız “Su yatar, düşmən yatmaz” deyib.
Doğrudan da, belədir. Üstəlik insanların ən böyük düşməni
nəfs və şeytan gözünü belə qırpmır. İnsanı günaha təhrik
etmək, fikrini qarışdırmaq, qəlbə fitnə-fəsad salmaq üçün hər
an hücuma hazır dayanır. Məsum sözlərin qəlibinə qeybət
dinamiti yerləşdirir və insanın o qədər xeyirli əməlini bir anda
göyə sovurur, insana elə söz dedirdir ki, meşəyə düşən
qığılcım kimi hər şey bərbad olur. Belə təhlükəli düşmənlərə
qarşı son dərəcə diqqətli yaşamalı, iyirmi dörd saat növbə
çəkən əsgər kimi nəfs və şeytana qarşı ayıq-sayıq olmalıyıq.
Bədgümanlıq çox təhlükəli ruhi xəstəliklərdən biridir. Bədbin
şəxs daim ruhi əzab keçirir, onun qəlbinin səhifəsi puç xəyallar
və yanlış fikirlərlə örtülmüşdür. Buna görə də zamanın
keçməsi ilə öz ruhi sağlamlığını əldən verir, sui-zəndən irəli
gələn məyusluq səbəbi ilə özünü həlak edir. İmam Əli
(əleyhis-salam) buyurur: “Bədgümanlıq sahibini həlak edir,
2
ondan uzaqlaşanlar qurtuluşa çıxar.”
1 - “Ğurərul-hikəm”, səh. 263
2 - “Ğurərul-hikəm”, səh. 263