Page 249 - Islamic Studies 05
P. 249

Bədgümanlıq və onun növləri (248

               Düşünmüsünüzmü  ki,  əgər  ata-anamız  və  ətrafdakılar  bizi
               Allah, peyğəmbər, din və Quranla tanış etməsəydilər, bütün bu
               həqiqətlərdən  qəflətdə  qalardıq?  Deyə  bilərsiniz  ki,  mən
               kitablardan  oxuyub  öyrənərdim.  Məgər  kitablar  ictimai
               rabitələr  sayəsində  ərsəyə  gəlmirmi?  Əgər  cəmiyyət
               olmasaydı,  hərflər,  sözlər,  dillər  formalaşardımı?  Yazı  necə
               yaranır,  necə  öyrədilir?  Əgər  bir  şəxs  tənhalığa  çəkilib

               özündən  əlifba  yaratsa  və  həmin  əlifba  ilə  kitab  yazsa,  bu
               kitabı  ondan  başqa  kim  anlayar?  Başqalarının  bu  kitabı
               oxuması  üçün  o  ictimai  əlaqələrə  qatılıb  uyğun  əlifbanı
               öyrətməyə  məcburdur.  Bəli,  dini  və  mənəvi  məsələlərdən  nə
               biliriksə, ictimai həyatın səmərələrindəndir.
               Mənəviyyatla,  zəruri  həqiqətlərlə  tanışlıq  üçün  hər  birimiz
               ictimai həyata, məsələn müəllimə, ata-anaya, məktəbə, sinifə,
               məscidə, hüseyniyyəyə, kitaba möhtacıq. İnsan təklikdə saleh
               iş  görməyə  də  acizdir.  Yalnız  başqalarının  köməyi  ilə  xeyir
               işləri  həyata  keçirmək  mümkün  olur.  Məsələn,  Əhli-beyt  (ə)
               üçün  əlamətdar  günlərdə  mərasim  qurmaq  savabdır.  Əvvəla,
               bu  məclis  özü  ictimai  bir  yığıncaqdır.  İkincisi,  əgər  siz
               qonaqlara  yalnız  çay  süfrəsi  açmaq  istəsəniz,  süfrəyə
               qoyacağınız qənd, çay və başqa hər nə ictimai işin məhsuludur.
               Əgər  başqaları  fabrik  və  zavodlarda  çalışıb  ehtiyac
               duyduğunuz  şeyləri  istehsal  etməsələr,  siz  addım  ata
               bilməzsiniz.  Demək,  sadə  bir  məclisinin  keçirilməsi  üçün
               cəmiyyətin iştirakı labüddür.
               İstər  maddi,  istər  mənəvi  yönümdə  insanın  bütün  ehtiyacları
               cəmiyyət  və  ictimai  həyat  sayəsində  təmin  edilir.  Əgər
               cəmiyyət  və  ictimai  həyat  olmasaydı,  hətta  peyğəmbərlər  də
               bir iş görə bilməzdi.
   244   245   246   247   248   249   250   251   252   253   254