Page 250 - Islamic Studies 05
P. 250

249) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               Peyğəmbər  (s)  təkbaşına  ayrı-ayrılıqda  fərdlərlə  görüşüb
               söhbətləşsə nə kimi nəticə əldə edər?! İslam peyğəmbəri (s) öz
               mühüm  bəyanatlarını  xalqa  çatdırmaq  üçün  müxtəlif
               fürsətlərdən  faydalanmışdır.  Həzrət  həcc  dövrünü  qənimət
               sayırdı.  Həmin  vaxt  ucqar  yerlərdən  ziyarətə  gələnlər  böyük
               bir izdiham təşkil edirdi. Belə məqamlarda Allah buyuruqlarını
               insanlara  çatdırmaq  daha  münasib  idi.  Amma  fərdi  dəvətlə

               nəticə əldə etmək mümkünsüzdür. Demək, hətta peyğəmbərlər
               də  cəmiyyətlə  işləmiş,  ictimai  rabitələrdən  bəhrələnmişlər.
               Əgər  peyğəmbər  ətrafındakılarla  ayrı-ayrılıqda  görüşsəydi
               ömrünün sonunadək kiçik bir qrupa həqiqəti çatdırmış olardı.
               Hansı  ki,  biz  qısa  bir  müddətdə  milyonlarla  insanın  İslama
               qatıldığını görürük.
               Əslində  informasiya  mübadilələrinin  misilsiz  sürət  aldığı
               dövrümüzdə  fərdi  həyatdan  danışmağa  dəyməz.  Belə  bir
               dövrdə  insanın  öz  maddi  və  mənəvi  ehtiyaclarını  təkbaşına
               təmin etməsi mümkünsüzdür.
               Əgər desək ki, insanın həyatı ictimai həyatdan ibarətdir, yalan
               olmaz.  Bu  istiqamətdə  ifratçı  nəzəriyyələr  də  var.  Onların
               nəzərincə, ümumiyyətlə insan ictimai rabitələrə qatılmadan öz
               insanlığını qoruya bilməz. Onlar bildirirlər ki, ictimai həyatdan
               uzaqlaşmış  fərd  heyvan  səviyyəsinə  enir.  Uyğun  baxışı  irəli
               sürən  materialistləri  rədd  edirik.  Bəşəriyyətin  atası  həzrət
               Adəm  tək-tənha  xəlq  olunmuşdu.  Cəmiyyət  yox  idisə  də,
               həzrət  Adəm  şəxsiyyət  baxımından  böyük  insan  idi.  Yəni
               Allah  cəmiyyətdən  kənarda  da  insan  tərbiyə  edə  bilər.  İslam
               baxımından, insanın ictimai həyata qatılması onun normal bir
               həyat yaşayıb öz ehtiyaclarını təmin etməsi üçündür.
   245   246   247   248   249   250   251   252   253   254   255