Page 251 - Islamic Studies 05
P. 251

Bədgümanlıq və onun növləri (250

               Biz  həzrət  Adəmin  yaranışı  kimi  istisna  halları  rədd  etmirik.
               Hazırkı vəziyyət isə başqadır. Əgər ictimai rabitələr qırılarsa,
               ya  insanların  həyatına  son  qoyular,  ya  da  bir  çox  ehtiyaclar
               təmin olunmamış qalar. Allah insanı elə yaratmışdır ki, o öz
               maddi və mənəvi ehtiyaclarını başqalarının köməyi ilə təmin
               edə bilir. Bu baxımdan insanı ictimai varlıq saymaq olar. Bu
               ictimailiyi müxtəlif  cür  mənalandırmaq  mümkündür.  Həqiqət

               budur ki, insan öz maddi və mənəvi ehtiyaclarını yalnız ictimai
               həyat sayəsində təmin edə bilir.
               Əgər  Allah-təala  insanı  kamilləşmək  üçün  yaratmışsa  və  bu
               kamilləşmə yalnız ictimai həyat sayəsində mümkündürsə, təbii
               ki,  Allah  rahibliyi,  tərki-dünyalığı  tövsiyə  etməz.  İnsanın
               təkamülündə məqsəd onun mənəvi kamilliyidir. Amma bir çox
               mənəvi  kamilliklər  maddi  vasitələrlə  əldə  olunur.  Demək,
               mənəvi inkişaf üçün maddi inkişafa ehtiyac var. Maddi inkişaf
               isə  ictimai  həyat  sayəsində  gerçəkləşir.  İnsanı  kamillik  üçün
               yaratmış  və  bu  kamilliyi  ictimai  həyatla  şərtləndirmiş  Allah
               guşənişinliyi  məqbul  saymaz.  Bu  səbəbdən  İslam  rəhbərləri
               buyurmuşlar:  «İslam  rahibliyə,  guşənişinliyə,  tənhalığa
               çəkilməyə  icazə  vermir.  Yalnız  istisna  şəraitdə,  xüsusi
               fərdlərin zərurət ucbatından müvəqqəti olaraq kənara çəkilmək
               icazəsi var. Bəli, deyilənlərdən bu qənaətə gəlirik ki, rahiblik
               İslamda  məqbul  deyil.  Acından  ölmək  qorxusu  olan  insana
               yalnız zəruri həddə murdar ətdən qidalanmaq icazəsi verildiyi
               kimi,  bəzilərinə  istisna  hallarda  guşənişinlik  icazəsi
               verilmişdir.  Zərurət  olmayan  şəraitdə  rahiblik  qadağandır.
               Əksinə,  İslam  ictimai  rabitələrin  gücləndirilməsini,  fərdlərin
               bir-birinə  yaxınlaşmasını  göstəriş  verir.  Bu  baxışı  İslamda
               prinsip  kimi  qəbul  etmək  olar.  İslam  insanların  maddi  və
               mənəvi  problemlərinin  həlli  üçün  ictimai  rabitələrin
               möhkəmləndirilməsini tapşırır.
   246   247   248   249   250   251   252   253   254   255   256