Page 288 - Islamic Studies 05
P. 288
Müasir insanın mənəvi tələbatı
Rauf Musayev
1
Abstrakt
Bu məqalə yazıçı və araşdırmaçı Dr. Əhmədhüseyn Şərifinin
“Həqiqi irfanlar və yalan irfanlar” kitabından alıntıdır.“İrfan”
və “idrak” sözləri lüğətdə “tanımaq”, “dərk etmək”
mənasınadır. Amma terminologiyada fərqlənirlər. İdrak hər
növ tanımağa və dərkə aid olunur. Amma irfan isə daxili
“intiusiya” (şühud), batidi tapıntı və dərk vasitəsilə hasil olan
xüsusi idrakdır. Əlbəttə, intiutiv (şühudi) idraklar çoxdur,
amma hamısı irfan demək deyil. İrfan – Allah-taalanın, Onun
Adlarının, Sifətlərinin və fellərinin intiutiv (şühudi) və batini
idrakından ibarətdir. Buna əsasən, irfani idrak əqli idrakdan
fərqlənir. İrfani idrak məfhumlar, sözlər və zehni surətlər
növündən deyil. Əksinə, fenomenin özünü kəşf etmək və əldə
etmək növündəndir.
Açar sözlər: İrfan, mənəviyyat, müasir, həqiqi, yalan
Giriş
Mənəvi bir dərki, tapıntını əldə etmək üçün xüsusi mərhələlər
qət etməyə, “riyazət”lər (nəfslə mübarizə) yerinə yetirməyə və
mənəvi məşğələlərə ehtiyacımız var. Bu mənəvi məşqlər və
“Seyri-Suluk” metodları və yolları “Əməli-İrfan” adlanır.
Əlbəttə, əməli-irfan başqa bir termin olaraq bu mərhələləri qət
1 - İslam fəlsəfəsi fakültəsinin doktorantı, Əl-Mustafa Beynəlxalq Universiteti,
Qum, İran