Page 285 - Islamic Studies 05
P. 285
Quranda övlad haqları (284
Loğmanın tövsiyələrində doqquz əmr, üç qadağa və
uyğun əmr və qadağalarla bağlı yeddi dəlil göstərilmişdir.
Əmrlər: valideynə yaxşılıq, Allaha və valideynə
təşəkkür, valideynə yaxşılıqla müşayiət olunan müsahibə,
möminlərin yolunu izləmək, namazı bərpa etmək, yaxşılığa
çağırış, pisliyə qadağa, orta həddə hərəkət, danışarkən səsi
ucaltmamaq.
Üç qadağa: şirkə qadağa, xalqdan üz çevirməyin
qadağası, təkəbbürlü yerişin qadağası.
Yeddi dəlil:
1. Şükür etmək insanın özünə faydalı olduğundan
şükrü yerinə yetirin.
2. Şirk böyük zülm olduğundan şirkdən çəkinin.
3. Hamı Allaha doğru qayidasıdır. Sorğu günü varsa,
valideynə ehtiram göstərin.
4. Allah hər şeydən agahdır, öz əmllərinizə qarşı
diqqətli olun.
5. Səbir və dözüm əhəmiyyətli səciyyədir, səbirli
olun.
6. Allah təkəbbürlüləri sevmir, təkəbbürdən uzaq
olun.
7. Ən pis səs ulağın səsidir, səsinizi ucaltmayın.
Nəticə
İslam kompleks bir dindir. Bu dində hətta yerişlə
bağlı göstərişlər vardır. İlahi ayinlərdə əqidə və əxlaq
məsələləri yanaşı bəyan olunur. Orta hədd, ifrat və təfritdən
uzaqlıq Quranın göstərişidir. Təkcə yol gedərkən yox, bütün
işlərdə orta həddi gözləməliyik. Ayənin göstərişinə əsasən
gərək səsimizi qaldırmayaq, yersiz fəryadlardan çəkinək,