Page 292 - Islamic Studies 05
P. 292
291) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
adlandırmışlar və hətta belə proqnoz vermişlər ki, XX əsr ya
mənəviyyat əsridir, ya da ümumiyyətlə “əsr” deyilən bir şey
olmayacaq. Yəni, bəşər öz əli ilə yaratdığı kütləvi qırğın
vasitələri ilə və modernizm əsri ilə, mexaniki həyatın tələbləri
ilə yanaşı əgər mənəviyyata sarı yönəlməsə, həlak olmağa
sürüklənəcək. Fransa çapı olan Abzerovator jurnalı: bir
müddət Fransanın mədəniyyət naziri işləyən fransız yazıçı
Andrey Malrodan nəql edir: “XXI əsr ya ümumiyyətlə
olmayacaq, ya da mənəviyyat əsri olacaq”.1
Amma görəsən “mənəviyyat”da məqsəd nədir? Bu
termin neçə vaxtdır ki, Qərb yazıçılarının yazılı
ədəbiyyatlarında müzakirə olunur, amma təəssüflər olsun ki,
indiyə qədər heç bir lüğət kitabı, yaxud “ensiklopediya”lar bu
termin haqqında bütün nümunələrini əhatə edən dəqiq tərif
verməmişdir. Buna əsasən də, bu terminin həddləri, onu
başqalarından fərqləndirən sərhədləri, yaxud onun ifran və din
kimi terminlərlə ortaqlığı o qədər də məlum deyil. Amma bu
haqda qəti şəkildə demək olar ki, elə buna görə də qərblilər
sekolarizm və humanizm prinsiplərinə əsaslanaraq müasir
insanın mənəvi ehtiyaclarına cavab vermək istəyirlər. Buna
görə də, Qərbdə formalaşan mənəviyyat ümumi olaraq sekolar
mənəviyyatlar növündəndir və liberalizm dünyagörüşü,
ideologiyası ilə uyğundur. Misal olaraq, Qərbdə aktiv olan
Buddizm, Hinduizm, Çinizm kimi bəzi Şərq, yaxud da istər
avropalı, amerikalı, qırmızıdərililərə məxsus olsun,
ümumiyyətlə Qərb mənəviyyatlarını göstərmək olar. Bunların
hamısı ya Qərbin sekolar prinsipləri ilə uyğundur, ya da Qərb
1 “İmam Xomeyni əsri”, Mir Əhməd Rza Hacəti.