Page 283 - Islamic Studies 05
P. 283
Quranda övlad haqları (282
ki, “Siz müsəlmanlar ən üstün ümmətsiniz. Çünki, yaxşılığa
1
çağırır, pisliyə qadağa qoyursunuz...”
Həzrət Davud (ə), həzrət İsa (ə) kimi peyğəmbərlər
2
pisliyə qadağa qoymayanları lənətləmişlər. İmam Hüseyn
(ə) yaxşılığa çağırış və pisliyə qadağa üçün qiyam qaldırdı.
3
İnsan günaha görə həm qəlbən narahat olmalı, həm
dili ilə çəkindirməli, həm güc və qanun vasitəsilə xilaf işin
qarşısını almalıdır. Bir insanı yaxşı yola gətirə bilsək, onun
yaxşı işlərinin savabına şərik olarıq. Amma fəsad və günah
qarşısında sakit dayansaq, gühahkar və fasiq insanlar bir gün
xalqa hakim olar. Günah qarşısında sükut günahı insanların
nəzərində adiləşdirir, günahkar daha da ürəklənir. Nəticədə
biz biganələşirik, şeytan razı qalir və Allahın qəzəbi nazil
olur.
Hətta qısa bir müddət günahın qarşıısını almaq
mümkündürsə, addım atılmalıdır. Xəbərdarlıq
təkrarlandıqda nəticəyə çatmaq olarsa, təkrarlamaq
zəruridir.
Həmin surənin 18-ci ayəsində deyilir: “Xalqdan
(təkəbbürlə) üz çevirmə, yer üzündə qürurla addım atma.
Çünki, Allah heç bir təkəbbürlü lovğanı sevməz.”
“Təs”ir” dəvədə olan bir xəstəliyin adıdır. Bu
xəstəliyə tutulan dəvənin boynu əyilir. Loğman oğluna deyir
ki, təkəbbür üzündən xəstə dəvə kimi xalq qarşısında
boynunu (üzünü) çevirmə. “Mərəh” dedikdə var-dövlət və
məqama görə şadlıq mənası anlaşılır. Puç xülyalar əsasında
özünü üstün tutan insan “muxtal” adlanır. Qürrələnən insana
isə “fəxur” deyilir. Təkəbbür həm xalqa qarşı təhqirdir, həm
keçmiş kin-küdurəti təzələyir, həm də yeni düşmənçilik
1 Ali İmran surəsi, ayə 110
2 Maidə surəsi, ayə 78
3 Bihar, c.44, səh.328