Page 289 - Islamic Studies 05
P. 289
Müasir insanın mənəvi tələbatı (288
etməyə də deyilir. Yəni Allahın, Onun Adlarının, Sifətlərinin
və fellərinin intiutiv (şühudi) dərkinə nail olmaq üçün əməli
şəkildə məşğul olan bir şəxsin yoluna, seyri-sulukuna “Əməli-
İrfan” deyilir. Əməli-irfanda, tövhidin bütün mərhələrində
intiusiya (şühud) məqamına çatmaq üçün salikin 1 - özünün, 2
- aləmin və 3 - Allahın qarşısında vəzifəsinin nə olmasından,
hansı nöqtədən başlamalı, hansı mərhələləri, mənzilləri və
məqamları arxada qoymasından, hansı mənzildə ona hansı
halların üz gətirməsindən, hər bir mənzil və məqamın zərəri və
bu zərərlərlə mübarizə yollarından danışılır. Fərqləri1 az olsa
da əməli-irfan əxlaq elminə çox bənzəyir. Başqa sözlə, bəzən
əməli-irfanı “fəlsəfi-əxlaq” və “nəqli-əxlaq” müqabilindəki
“irfani-əxlaq” adı ilə tanınan əxlaq növündən hesab etmək
olar. Onun digər əxlaqi təhqiqatlardan fərqləndirici xüsusiyyəti
budur ki, o, insanın vücudi təkamülünün yalnızca üfüqi
müstəvidə yox, əksinə, buna əlavə olaraq şaquli müstəvidə də
olduğunu deyir. Bu elm iddia edir ki, insanın şaquli
istiqamətdə təkamülünü onun öz ixtiyarına qoyur, onu bitki və
heyvan mərtəbəsindən insani, mələk və ilahi mərhələyə
çatdırır. Buna əsasən, nəqli və əqli əxlaqda şəxsin əxlaqlı
olması üçün məntiqi ardıcıllığın və bir-birinə söykənən
nizamın varlığı zəruri deyil. Amma irfani-əxlaqda xüsusi
dərəcələndirmə və mərhələləri bölmə ilə üzbə-üzük. Xacə
Abdullah Ənsarinin (396-481 h.q.) yazdığı “Mənazilus-Sairin”
kitabı əməli-irfan və ya irfani-əxlaq kitablarının ən
məşhurudur.2
1 M. Mütəhhərinin bu haqda nəzəri ilə tanış olmaq üçün bax: “Əsərlər Məcmuəsi” kitabı, 14-cü cild.
2 Buna əlavə olaraq, “Tavusul-Fuqara” (fəqirlərin tavusu) ləqəbi ilə tanınmış Əbu Nəsr Sərracın (vafat: 378
h.q.) “Əllümə-fi-Əttəsəvvuf”, Əbu Talib Məkkinin (vəfat: 386 h.q.) “Qutul-Qulub fi Müamilətul-Məhcub və