Page 284 - Islamic Studies 05
P. 284

283) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               yaradır. Hədisdə oxuyuruq ki, yer üzündə təkəbbürlə addım
               atan adama həm yer, həm yerin üstündə və            altında olanlar
                                 1
               lənət oxuyurlar.
                        Ayədən  aldığımız  nəticə  budur  ki,  istər  müsəlman,
               istər qeyri müsəlman insanlarla xoş rəftar etməliyik. Hətta,
               yol yeriyərkən təkəbbürlə yerimək olmaz. Allahın razılığını
               önə  çəkib  yaxşılığa  həvəsləndirmək,  Allahın  qəzəbini  önə

               çəkib  pisliklərdən  çəkindirməliyik.  Xalqla  təkəbbürlü
               davranib lovğalanmaq yolverilməzdir.
                        Bu  ayədə  Loğman  öz  oğluna  deyir  ki,  yer  üzündə
               təkəbbürlə  gəzmə.  Surələrin  birində  isə  təvazökar  yeriş
               yaxşı bəndəliyin ilkin nişanəsi sayılır. “Rəhmanın bəndələri
                                                                                2
               yer (üzün)də  sakit və təvazökarlıqla yol gedən kəslərdir.”
                        İnsanın  öz  vücudundakı  ən  uca  nöqtəni  (alnını)
               səcdə         zamanı         yerə         qoyması          namazın
               əsrarəngizliklərindəndir  və  Allah  qarşısında  təkəbbürdən
               uzaqlığı  və  təvazönü  göstərir.  Bütün  insanlar  qarşısında
               təvazökarlıq  zəruri  sayılsa  da,  valideyn,  ustad,  möminlər
               qarşısında təvazö layiqli möminlik nişanələrindəndir.
                        Torpaqdan,  nütfədən  yaradılmış  zəif  insan  sonda
               hərəkətsiz  leşə  çevrilir.  Belə  bir  varlıq  hansı  əsasla
               lovğalanmalıdır?
                        Loğman  surəsinin  19-cu  ayəsində  Uca  Rəbbimiz
               buyurmuşdur:  “Yol  yeriyərkən  orta  həddi  gözlə,  səsini
               yavaş  çıxar.  Çünki,  səslərin  ən  xoşagəlməyəni  ulağın
               səsidir.”
                        Hədisdə  oxuyuruq:  “Xalqı  Allaha  doğru  dəvət
                                                                               3
               edərkən, Quran oxuyarkən səs qaldırmağın eybi yoxdur.”



               1  Təfsire-Nurus-səqəleyn
               2  Furqan surəsi, ayə 63
               3  Təfsire-Nurus-səqəleyn
   279   280   281   282   283   284   285   286   287   288   289