Page 290 - Islamic Studies 05
P. 290

289) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                      Eyni halda, belə idrakı dadan şəxslər bunu başqalarına

               izah  etmək,  onları  da  özlərinin  bu  mənəvi  təcrübəsi,  batini
               intiusiyası  (şühud)  ilə  tanış  etmək  istəyə  bilərlər.  Belə  olan
               halda  onların  məfhumlardan,  zehni  surətlərdən,  sözlərdən

               istifadə  etməkdən  başqa  yolları  yoxdur.  Çünki  sözlərdən  və
               məfhumlardan  istifadə  etmədən  öz  mənəvi  təcrübələrini
               başqalarına  çatdıra  bilməzlər.  İntuitiv  (şühudi)  idrak  şəxsi,

               fərdi idrakdır və onu heç bir şəkildə olduğu kimi başqalarına
               ötürmək olmur. Yalnız sözlərdən və zehni surətlərdən istifadə
               etməklə  onun  haqqında  başqalarında  təsəvvür  yaratmaq  olar.

               Buna  “Nəzəri-İrfan”  deyilir.  Buna  əsasən  nəzəri-irfan,
               “vasitəsiz”  (hüzuri)  elmdən  “vasitəli”  (hüsuli)  elm  almaq
               deməkdir və vasitəsiz elmi, yaxud batini intiusiyanı (şühudu)

               söz qəliblərinə, zehni məfhumlara salmaqdan ibarətdir.1 İrfan
               öz  inkişafının  ilkin  mərhələlərində  və  yaranmasının  ilk
               əsrlərində  daha  çox  əməli-irfan  dediyimiz  formasında

               yayılmışdı. Amma bu elm də həmçinin xüsusi dəlillərə əsasən
               get-gedə nəzəriləşmiş və aləmə, insana, Allaha özünün xüsusi
               baxışı ilə fəlsəfə və kəlam elmi ilə yanaşı fikri və nəzəri sistem
               irəli sürən bir elm kimi çıxış etdi. Buna görə də nəzəri-irfanda

               varlıq,  Allah,  insan  və  onun  son  taleyi  haqqında  danışılır.
               Əlbəttə, nəzəri-irfan fəlsəfə, kəlam, Quran və hədislə əlaqədə
               olan  fənnlərarası  bir  elmdir.  Necə  ki,  əməli-irfan  da

               fənnlərarası elmdir, çünki fiqh və əxlaqla əlaqəlidir.





               Fəsfi Tariqil-Murid ilə Məqamit-Tövhid”, İbn Sinanın (370 -428 h.q.) ariflərin məqamı haqqında yazdığı “Əl-
               İşarat” kitabının 9-cu bölməsi, Əbul-Qasim Quşeyri Nişapurinin (377-465 h.q.) “Risalətul-Quşeyriyyə”, Xacə
               Nəsirəddin Tusinin (fəvat: 672 h.q.) “Ovsaful-Əşraf” kitabları əməli-irfana, yaxud irfani-əxlaqa aiddir.
               1  “İslam İrfanı axtarışında”: Misbah Yəzdi.
   285   286   287   288   289   290   291   292   293   294   295