Page 293 - Islamic Studies 05
P. 293
Müasir insanın mənəvi tələbatı (292
informasiya vasitələri ilə təbliğ olunan rənglərlə çöhrələnmiş
Qərb mənşəli mənəviyyatlarladır.
Yeni mənəviyyatçılıq, mənəviyyat üçün hətta Allaha
inanmağın zəruri olmadığını deyir. O ki, qaldı din. Onların
əksəriyyəti mənəviyyatı ilahi dinlər dairəsindən kənarda
axtarırlar, yaxud da ən azı ona nail olmağı din və dini maarif
tərəfindən gözləmirlər. Mənəviyyata belə yanaşmağın
nəticəsidir ki, hətta şeytanpərəstlik və cindarlıq da mənəvi
ayinlər zümrəsindən sayılır. Bəzi daxili yazıçılar da belə iddia
etmişlər ki, “mənəvi həyat, zəruri olaraq köklü qədim
dinlərdən birinə bağlı olması mənasında deyil, əksinə, insana
aramlıq, şadlıq, ümid verən, aləm və insan haqqında
dünyagörüşə sahib olmaqdır”1. Bu tərifdə mənəviyyat və
dindarlıq arasında ayrılmaz əlaqə yoxdur. Müasir insanın bu
növ mənəviyyata ehtiyacı müasir həyat və zamanın ruhi
problemlər, çətinliklər, iztirablar, qəm-qüssə, ürək sıxıntıları,
özünü itirmə və puçluq hissi yaşatdığından, müasir elm və ağıl
da bu ruhi və psixoloji problemləri həll edə bilmədiyindən
qaynaqlanır. İnsan üçün şadlıq, aramlıq və yaşamağa ümid
yaradan, onun varlıq aləmi haqqında mənalı təsəvvürə, izaha
və batini razılıqla yaşamasına səbəb olan bir fenomenin
axtarışındadır. Qərblilərin və bəzi daxili yazarların nəzərində
“mənəviyyat”da məqsəd budur: ondan yararlanmaq, istifadə
etmək insanda belə halların əmələ gəlməsinin qarşısını alır və
belə hallarla mübarizə etmək qüdrəti yaradır. Belə mənəviyyat
nə Allaha inamı, nə peyğəmbərlərin (ə) gətirdiyi xəbərlərə
inanmağı, nə də bu maddi dünyanın fövqündə başqa bir aləmin
1 “Azadlığa Tərəf”, Mustafa Məlikiyan.